R

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olub və Fondun Prezidenti Umud Mirzəyevlə görüşüb. Görüşdə BAMF və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi arasında faydalı əməkdaşlığın qurulması üçün perspektivlər imkanlar müzakirə olunub. Görüşdə qeyri hökumət təşkilatlarının, xüsusilə də Azərbaycanın cəbhəyanı rayonlarında müxtəlif sosial-iqtisadi, humanitar və infrastuktur layihələrinin  həyata keçirilməsi sahəsindəki fəaliyyətinin əhəmiyyəti   vurğulanıb. Umud Mirzəyev, qonağa  fondun fəaliyyət istiqamətləri və eləcə də müharibədən əziyyət çəkmiş rayonlarda uğurla həyata keçirilən fondun layihələri barədə məlumat verib. Bundan əlavə, Umud Mirzəyev qonağı Tərtər rayonunda yerləşən BAMF-ın Peşə Təlim Mərkəzinin fəaliyyəti və bu yaxınlarda BAMF-ın təsis etdiyi “Avrasiya” Təhsil Mərkəzinin fəaliyyəti barədə də məlumatlandırıb. Bildirilib ki, BAMF  Aİ-nın Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq sahəsində, media sferasında, həmçinin müxtəlif birgə tədbirlərin təşkil olunmasında yaxşı təcrübəyə malikdir. Tərəflər qeyd edib ki, 2018-ci il Aİ-nın Azərbaycanda fəaliyyətinin  genişləndirilməsi üçün yeni imkanlar yaradır.  Avropa İttifaqının  Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas Umud Mirzəyevə BAMF-ın ofisinə dəvət etdiyi üçün təşəkkür edib və təşkilatın fəaliyyətinin əhəmiyyətini qeyd edib. Qonaq həmçinin, «Eurasia Dairy», «Eurasia Press» и «Eurasia Production»-nın daxil olduğu «Eurasia Media Network»-un fəaliyyəti ilə tanış olub. O, 2007-ci ildə BAMF tərəfindən yaradılan «Eurasia Credit» bank olmayan kredit təşkilatının işini də yüksək qiymətləndirib.  Umud Mirzəyev Kestutis Yankauskası Azərbaycanın cəbhəyanı rayonlarına səfər etmək və ən yaxın zamanda BAMF-ın bu regiondakı fəaliyyəti ilə tanış olmaq üçün Tərtərə dəvət edib. Görüşün sonunda Kestutis Yankauskas Beynəlxalq Avrasiya Mətbuat Fondunda uğurla təcrübə keçmiş təcrübəçilərə sertifikatların təqdimolunması mərasimində iştirak edib. Müzakirələrdə həmçinin, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə əməkdaşı Austra Raysite-Daunkantiene də iştirak edib. 

Qeyd edək ki, 1992-ci ildə əsası qoyulan BAMF BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) əsas məşvərətçi statuslu üzvü olan dünyada 136 beynəlxalq dərəcəli QHT-dən biridir.  BAMF dörd əsas sahədə çalışır: Media və Vətəndaş Cəmiyyətinin İnkişafı; İcmanın inkişafı; Qaçqın və Məcburi Köçkünlərlə bağlı məsələlər; Sülhyaratma və Münaqişələrin həlli. BAMF müntəzəm şəkildə BMT-nin BMTİP, UNICEF, YUNESKO, BMT QAK kimi qurumları, Amerika Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu,  bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.