R

 

 

Türkiyənin "Yeni Şafak" qəzeti Ermənistan-Azərbaycan münaqişəsi haqqında məqalələr dərc edib.

Məqalələrdə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda Azərbaycan ordusunun əməliyyatın doqquzuncu günü Cəbrayıl şəhəri də daxil olmaqla 22 yaşayış məntəqəsini azad etməsi yer alır. 28 ildən sonra Azərbaycan bayrağının burada yenidən dalğalandığı, minarələrdən azan səsinin yüksəldiyi qeyd edilir.

Hazırda Qarabağda cəbhədə gedən döyüşləri yaxından izləyən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Azərbaycan ordusunun dastan yazdığını söyləyib. 9 gündə bütün cəbhə xəttini gəzdiyini deyən Mirzəyev: “30 ildir bu torpaqları işğal altında saxlayan Ermənistanın çox ciddi müdafiə sistemləri qurduğunu deyib. Yerin altını qazaraq üzərini betonla örtərək tunellər çəkiblər. Səyyar raketlər daşıyaraq müxtəlif nöqtələrdən zərbə endirirlər. Bu yerləri qaytarmaq o qədər də asan deyil. Ancaq Azərbaycan ordusu 30 illik müdafiənin qarşısında yaxşı irəliləyir. Ordumuz Füzuli istiqamətində irəliləməkdə davam edir. Yaxın zamanda Füzuli də azad ediləcək", deyə U. Mirzəyev bildirib.

"Yeni Şafak" həmçinin Madagiz-Ağdərə istiqamətindəki qarşıdurmalarda Azərbaycan ordusu tərəfindən Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın məhv edildiyini bildirib və ələ keçirdiyi hərbi qəniməti nümayiş edib. Bundan əlavə, Azərbaycan Ordusunun əməliyyatı zamanı onlarla erməni əsgərinin öldürüldüyü, onlarla erməni yaralının olduğu, yaralıların sayının çox olması səbəbindən işğal edilmiş ərazilərdə səhiyyə sisteminin çökdüyü, Qarabağdakı separatçı rejimin "lideri" Araik Arutyunyanın bu il "andiçmə mərasimi" keçirdiyi binanın da dağıdıldığı qeyd olunur.