R
"Məndən qan qrupumu soruşanda bunun reallıq olduğunun fərqinə vardım. Bununla belə, mənim üçün evdə oturub, rahat otağımdan dəhşətləri televiziya ekranından izləmək qeyri-mümkün idi. Çünki dünyamızın bir hissəsi bombalarla amansızcasına atəşə tutulurdu".
 
Bu sözləri “Sülhün Kökləri” təşkilatının təsisçisi və icraçı direktoru Heidi Kühn "Facebook" hesabında paylaşıb.
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti və ANAMA-nın dəstəyi ilə ölkəmizdə səfər edən Heidi Tomas Kühn paylaşımında Qarabağa səfərindən təəsüratlarını bölüşüb.
 
"Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevdən onun vaxtilə ailəsi ilə yaşadığı yamyaşıl üzüm bağı olan Azərbaycanın Qarabağ bölgəsinə səfər etmək və orada minalanmış tarlaları qarış-qarış gəzmək dəvətini qəbul etdim. İndi həmin yerlər minalarla dolu meyvə bitməyən “Qara Bağ”dır.
Bu qap qara qaralmış mina sahəsini gəzməyə hazırlaşarkən bədənimi qorumaq üçün minadan qorunma vasitələri və dəbilqə geyindim. Həm bir ana, həm də nənə olaraq, sülh naminə müharibənin törətdiyi amansız və acı reallığını dünyaya göstərməkdən daha yaxşı addım düşünə bilməzdim".
 
Səfər çərçivəsində Heidi Kühn Tərtər rayonunun Çaylı kəndində ANAMA-nın sədri Vüqar Süleymanov və BAMF-ın prezidenti Umud Mirzəyevlə birlikdə 8 ədəd mina partladıblar.   
 
"Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin - ANAMA-nın peşəkar rəhbərliyi ilə sağ baş barmağımı düymənin üzərinə sıxıb, səkkiz tank əleyhinə minanı partlatdım.
Partlayış kilometrlərlə hiss olundu və halqa kimi havaya qalxan qara tüstü sanki ürəyimi döyündürdü - düşündüm ki, o yerin altında gizlənən neçə-neçə uşaq və əsgər çəkmələri bataraq qalıb və hələ də onların yolunu göləyənlər var..."
 
"Biz 60 ölkədə 60 milyondan çox minanı məhv edərək, Sülh Köklərini əkməli və bəşəriyyəti məhv edən o boş dəlikləri yaşıllıqla əvəz etməliyik.
Bəşər övladı olaraq, sülh üçün cəsarətli addımlar atmağın vaxtıdır",-Heidi Kühn bildirib.