“Azərbaycan həqiqətən də böyük ölkədir. Bu ölkədə böyük insanlar dünyaya göz açıb və böyük işlər görülüb. Daha doğrusu, çox məmnunam ki, əziz dostum və qardaşım Umud Mirzəyev məni BAMF-ın 30 illik yubileyinə dəvət edib”.
Ednews xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat fondunun 30 illik yubileyində çıxış edən Beynəlxalq Reytinq Mərkəzinin baş konsulu Aleksandr Rabinoviç deyib. O, Umud Mirzəyev başda olmaqla fondun işçilərini təbrik edib.
“30 il bundan əvvəl 1992-ci ildə əziz dostum Fondun ilk filialını, məhz mənim doğulduğum və Mixail T.Kalaşnikov adlı universitetdə təhsil aldığım İjevsk şəhərində yaratmışdı. Budur, mən yenə qayıtdım. Ümumiyyətlə, Qüds müsəlmanlar, yəhudilər və xristianlar üçün vacib və əhəmiyyətli bir torpaqdır. Beynəlxalq reytinq agentliyi SHA Beynəlxalq Reytinq Mərkəzinin baş direktoru olaraq istərdim yəhudi zərgərlərinin işlədiyi bu mükafatı təqdim edim. Hər il bu mükafat bu gözəl dünyanın bir nümayəndəsinə verilir. Bura YUNESKO-nun baş direktoru İrina Bokova və digər başqa insanlar daxildir. Bu gün isə mən əlimdəki zərgər işləməli 7 nömrəli bu mükafatı əziz dost və möhtəşəm insan Umud Mirzəyevə təqdim edirəm”.
Sonda Aleksandr Rabinoviç çıxışı zamanı Azərbaycan adlı gözəl ölkəyə sülh və firavanlıq arzuldığını səsləndirib.
Xatırladaq ki, bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətə başlamasının 30 illiyi tamam oldu.
BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox rəsmi şəxslərin iştirakı ilə böyük tədbir keçirilib.
Həmçinin yubiley münasibətilə BAMF-ın prezidenti Umud Mirzəyevə müxtəlif dövlət qurumları və tanınmış şəxslər tərəfindən təbrik məktubları ünvanlanıb.