R

"Umud Mirzəyevin rəhbərlik etdiyi fond həm yarandığı qısa müddət ərzində, həm də bizim hüquqi varisimiz olduğu QHT-lər şurasının fəaliyyəti dönəmində istər Bakıda, istər regionda, istərsə də beynəlxalq səviyyədə çoxsaylı layihələr icra edib". 

Bu sözləri   Beynəlxalq Avrasiya Mətbuat fondunun 30 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxış edən Azərbaycan  Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib. 

O, BMT-nin səkkizinci baş katibi Pan Gi Munun fond barədə dediyi sözləri iştirakçıların diqqətinə çatdırıb: 

"BMT-nin səkkizinci baş katibi Pan Gi Munun fondun rəy kitabına “Mən sizin bəşəriyyətə etdiyiniz təmannasız xidməti dəstəkləyirəm” qeydi bu fondun həm Azərbaycan,  həm də beynəlxalq səviyyədə fəaliyyətinin ən gözəl göstəricisidir". 

Xatırladaq ki, bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun  fəaliyyətə başlamasının 30 illiyi tamam oldu.   

BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox rəsmi şəxslərin iştirakı ilə böyük tədbir keçirilib.  

Həmçinin yubiley münasibətilə BAMF-ın prezidenti Umud Mirzəyevə müxtəlif dövlət qurumları və tanınmış şəxslər tərəfindən təbrik məktubları ünvanlanıb.

Aygün Əliyevanın çıxışını tərdim edirik: