R

Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə tərəfdaşlıqla həyata keçirdiyi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsinin açılış mərasimi keçirilib. 

İyunun 16-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzində baş tutan açılış mərasimində ANAMA, Aİ, BMTİP, ABŞ səfirliyi, BAMF və MAG təşkilatının nümayəndələri iştirak ediblər. Tədbirdə ANAMA-nın İdarə heyətinin sədri Samir Poladov, BAMF-ın prezidenti Umud Mirzəyev, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəsmisi Oana Yudris, ABŞ Səfirliyinin Siyası məsələlər üzrə müşaviri Filip Tişu qonaqları salamlayaraq Azərbaycanın mina problemi və bu istiqamətdə atılan addımlardan danışıblar. Mina təhlükəsi ilə mübarizədə cinsi mənsubiyyətin heç bir əhəmiyyəti olmadığı, öz doğma yurdlarına qayıdan köçkünlər arasında mina təhlükəsi ilə qadınların hətta daha çox üzləşdiyi, onların məlumatlılığının artırılmasının vacibliyi bildirilib.

Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması ilə fərqlənən bu layihə çərçivəsində 3-ü tamamilə qadınlardan ibarət olmaqla ümumilikdə 4 minatəmizləmə qrupunun yaradılması nəzərdə tutulub. Bu gündən etibarən təlimlər start götürəcək və 6 həftə davam edəcək təlimlərdə elan edilmiş müsabiqə əsasında ölkənin müxtəlif bölgələrindən seçilmiş 40 nəfər qadın iştirak edir. Təlimləri uğurla başa vuran qadınlar ANAMA tərəfindən akkreditasiya ediləcək və sahə əməliyyatlarına başlamaq üçün Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun sertifikatla təltif olunacaqlar. 

Tədbir zamanı həmçinin, layihənin komponentlərindən olan və minatəmizləmə fəaliyyəti üçün ölkəyə “APOPO” təşkilatı tərəfindən yeni gətirilən siçovullar və itlər də nümayiş olunub.

 

1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1