R

BAMF-ın PSTM komandası Tərtər rayonunda “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” layihəsini davam etdirir

Sentyabrın 5 və 6-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən “Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Tərtər və Bərdə rayonlarında Məcburi Köçkün İcmalarında Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” layihəsində çalışan heyət Tərtər rayonunun Şıxarx qəsəbəsində "Böyük Qayıdış" proqramı çərçivəsində köçürülən ailələr üçün PSTM təlimlərinə davam edib. 

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə icra olunan layihə çərçivəsində BAMF-ın PSTM komandasının təlimçi qrup rəhbəri Ruslan İbrahimbəyli və təlimçi Raul Binnətzadə tərəfindən Şıxarx qəsəbəsində silsilə təlimlər keçirilib. Eyni zamanda təlimçilər Con Ayomide, Vüqar Şahbazov və Əkbər Həbibov da təlimdə iştirak ediblər. 

Qeyd edək ki, PSTM təlimlərin keçirilməsində əsas məqsəd müharibədən zərər çəkən regionlarda və Qarabağa qayıdış prosesində iştirak edəcək əhalinin, həmin ərazilərdə və müxtəlif təsərrüfatlarda çalışan işçilərin mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi və onların biliklərinin artırılmasıdır. Bu istiqamətdə BAMF-ın Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə layihəsi üzrə işlər BMT QAK-ın maliyyə ayırması və ANAMA-nın dəstəyi ilə 6 rayonda - Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Tərtər və Bərdə rayonlarında davam etməkdədir.  

 

 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1