R

Sentyabrın 11-i Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.

 

Bəyanatda deyilir: "2023-cü il sentyabrın 11-də səhər saatlarında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanın Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən suiqəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Separatist qüvvələrin uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər. Azərbaycan hərbi qulluqçularının sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə itin üzərinə bağlanan partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb. 

 
Görünən budur ki, uzun illər Azərbaycan torpaqlarını işğal edən, xaraba qoyan, minlərlə insanı qətlə yetirən, yüzminlərlə insanı yurdundan didərgin salan Ermənistan hələ də terrordan, işğaldan əl çəkmir! Ermənistan tarixə qovuşmuş Qarabağ münaqişəsinin yenidən alovlanmasına çalışır, hər gün atəşkəsi pozur və Azərbaycan ordusunun mövqelərini atəşə tutur. Son olaraq yaşanan təxribat isə ilk bu cür amansız və ağılasığmaz fakt deyildir. Ermənistan tərəfi əvvəllər dəfələrlə belə əldə düzəltmə partladıcı qurğular və minalar hazırlayaraq çay vasitəsi ilə Azərbaycan tərəfinə axıdıb və körpələrin, sakinlərin canlarına qəsd ediblər. Təəssüflər olsun ki, regionun, insanların və o cümlədən təbiətin sülhə, barışa ehtiyac duyduğu bir zamanda artıq onlar dilsiz-ağılsız heyvandan da terror məqsədi ilə istifadə edirlər. 
  
Beynəlxalq Avrasiya Mətbuat Fondu baş verən bu hadisəni terror cəhdi kimi qiymətləndirir və qətiyyətlə pisləyir.  
 
Biz beynəlxalq QHT olaraq dünyanın bütün humanist qüvvələrini erməni terroruna, Ermənistanın işğalçılıq siyasətinə qarşı ciddi etiraz etməyə və müqavimət göstərməyə çağırırıq. Bu gün Ermənistan tərəfi Azərbaycanın sülh çağırışlarına, humanist davranışlarına məhəl qoymur və onun ərazi bütövlüyünə qarşı çıxır. Tarixi BMT qətnamələrini gözardı edərək öz terror siyasətinə davam edir və dünya ictimaiyyətini saxta təbliğat ilə aldatmağa çalışır. Biz Ermənistanı Cənubi Qafqazda sülhə mane olan böyük bir təhlükə kimi qiymətləndiririk.  

Son günlər Azərbaycanın Xankəndi şəhərinə humanitar yüklərin çatdırılması məsələsi də Ermənistan və Fransa höküməti tərəfindən fərqli məcralara daşınaraq əsl şouya çevrilib. Bu proseslərdə də dünya ictimayətinə yalan məlumatlar ötürülür və saxta fikirlər səsləndirilir. Təəssüflər olsun ki, 30 il qonşusu Azərbaycanın torpaqlarını işğalda saxlayan Ermənistan beynəlxalq aləmin ciddi bir sanksiyası ilə qarşılaşmadı. Belə olan halda beynəlxalq nüfuzlu qurumların, səlahiyyətli tərəflərin məsələyə etinasız yanaşması Ermənistanın bu tip əməllərinin davam etməsinə şərait yaradır".