R

Fevralın 6-da Beynəlxalq Avrasiya Mətbuat Fondunda sabah keçiriləcək növbədənkənar Prezident seçkilərində ölkə üzrə müşahidəçi kimi iştirak edəcək heyəti ilə yekun görüş keçirilib.

 BAMF-ın baş ofisində baş tutan görüşdə təşkilatın bitərəf müşahidəçi heyətinin bir hissəsi iştirak edib. Görüşdə BAMF prezidenti Umud Mirzəyev bildirib ki, 7 fevral Azərbaycan üçün çox mühüm gündür:

“Sabah dünyanın gözü Azərbaycanda olacaq. BAMF müşahidəçiləri olaraq seçkinin şəffaf və obyektiv keçməsində iştirak edəcəyik. 7 fevral ölkəmiz adına tarixi bir gün olacaq. Nəzərə almaq lazımdır ki, bu seçkilər ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirlən ilk seçkidir. İnsanlarımız uzun illərdən sonra ilk dəfə Xankəndidə, Şuşada, Laçında, Füzulidə və digər işğaldan azad olunan rayonlarda səs verəcək! Bu gün insanlarımız işğaldan azad edilmiş yurd-yuvasına qayıdırlar, bəziləri isə artıq məskunlaşıblar. Bütün bunlar təkcə Azərbaycanda yox, dünyanın özündə Cənubi Qafqazla bağlı düşüncələri, təsəvvürləri dəyişib”.

U.Mirzəyev seçki günü BAMF-ın müşahidəçilik fəaliyyətinin vahid bir mərkəzdən koordinasiya olunacağını deyib.

Yekun görüşdə bir daha seçki prosesi, müşahidəçilərin hüquq və vəzifələri, ümumi olaraq əhalinin seçki ərəfəsi aktivliyi ilə bağlı məsələlər də müzakirə edilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzində fevral 7-də Azərbaycanda keçiriləcək Prezident seçkilərində ölkə üzrə müşahidəçi kimi iştirak edəcək heyətin bir qismi ilə yekun təlim keçirilib.

Təlimdə təşkilatın müstəqil müşahidəçi heyətinin bir hissəsi iştirak edib.

Görüşdə Mərkəzi Seçki Komissiyasının müşahidəçilərlə bağlı qəbul etdiyi qaydaları bir daha xatırladıb.

2T5A0104.JPG

2T5A0107.jpg

2T5A0111.jpg

2T5A0114.jpg

1a7870ae-df7d-47c6-aa0f-22790b68e116.jpg

9d9851a1-bf84-4b74-9eab-efef3edf1056.jpg

34e419e3-b356-486f-8461-35a029002600.jpg

bad874fb-e954-4a08-b590-76f971bef4d6.jpg

fd3733d8-69de-40d8-8a7b-809d28054507.jpg