R

İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək 4500 nəfərdən çox fermerlərə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun PSTM komandasının əməkdaşları tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri keçirilir.

AR Kənd Təsərrüfatı Nazirliyinin müraciətinə əsasən təlimlər Yevlax rayonu, Sumqayıt və Gəncə şəhərlərində mərhələli şəkildə həyata keçirilir. 

Təlimlərdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilir. Həmçinin, fermerlərə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha nizam-intizamlı, məsuliyyətli və sayıq olmağa dair çağırışlar edilir, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa və şübhəli əşyalara toxunmamağa dair təlimatlar verilir.

İşğaldan azad edilmiş ərazilərə səfər edən, bərpa və quruculuq işlərinə cəlb olunan, həmçinin sahibkarlıqla məşğul olan hər bir şəxs, mütləq şəkildə xüsusi davranış və təhlükəsizlik qaydalarına əməl etməlidir.