R

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri, eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da təsisçi icraçı direktoru Janna Skot və ABŞ-da fəaliyyət göstərən Pakistan Şurasının sədri Adnan Xan Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olublar.

 BAMF-ın prezidenti Umud Mirzəyev qonaqları Bakı ofisində qarşılayıb. 

O, qonaqlara təşkilatın yaranması ilə bağlı 90-cı illərin əvvəlində Azərbaycanda, o cümlədən Qafqaz və post-Sovet məkanlarında obyektiv informasiyaya duyulan ehtiyacdan bəhs edib. 

“Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış jurnalist və ictimai xadimlərin birgə təşəbbüsü sayəsində yaradıldı. BAMF BMT-nin QHT bölməsinin "İqtisadi Sosial Şurasının General statuslu üzvü" statusuna da sahibdir” ,- deyə Umud Mirzəyev vurğulayıb. 

Pakistan Şurasının sədri Adnan Xan öz növbəsində BAMF-ın fəaliyyətini yüksək dəyərləndirib, görülən işlərlə bağlı Umud Mirzəyevi təqdir edib.

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Janna Skot da fondun gördüyü işləri qiymətləndirib. O, bildirib ki, gələcək nəsillərə həyat ağacını verməliyik ki, irəliyə doğru getsinlər. 

“Bu gün burada olmaq məni həqiqətən ruhlandırdı. Elə bir dövrdəyik ki, hər şey çox sürətlə gedir. Düşüncə tərzimizi dəyişdirməliyik. Bu, təkcə dünyəvi humanizm olmayacaq, həm də inanc ənənənizdən, inanc sisteminizdən asılı olmayaraq, hər birimizin daxilində canlı olan ruhdan almalıyıq. Hamımızın ruhumuz var, biz birlikdə ruhun gücündən almalıyıq”.

Görüşdə, eyni zamanda, Azərbaycanda multikulturalizm modelinin mütərəqqi bir model kimi təbliği istiqamətində görülən işlər və gələcək layihələr barədə də müzakirələr aparılıb.

Qeyd edək ki, Janna Skot daha əvvəl Azərbaycana səfəri zamanı Umud Mirzəyevlə görüşüb.

Sonda qonaqlarla xatirə şəkli çəkilib. 

 

2T5A1181.jpg

2T5A1276.jpg

2T5A1252.jpg

2T5A1265.jpg

2T5A1273.jpg

2T5A1179.jpg

2T5A1189.jpg

2T5A1200.jpg

2T5A1237.jpg

2T5A1247.jpg

2T5A1294.jpg

2T5A1313.jpg

2T5A1336.jpg

2T5A1342.jpg

0504.jpg