Oxfam beynəlxalq humanitar təşkilatınınn Yoxsulların Bazara Çıxışı Proqram meneceri Coel Rodriquez və qurumun nümayəndələri Tərtər rayonuna səfər ediblər. Onlar rayonda Beynəlxalq Avrasiya Mətbuat Fondunun ABŞ Dövlət Departamentinin dəstəyi ilə yaratdığı Tərtər Regional Peşə və Təlim (PTM) Mərkəzində də olublar. Qonaqları BAMF-ın sədri Umud Rəhimoğlu və Fondun departament rəhbərləri qarşılayıb.
U.Rəhimoğlu BAMF-ın yaranması, fəaliyyəti və regionda həyata keçirdikləri layihələr barədə qonaqlara ətraflı məlumat verib.
Qonaqlar əvvəlcə Tərtər Regional Peşə və Təlim Mərkəzinin iş fəaliyyəti və Mərkəzin təsərrüfat ilə tanış olublar. Sonra onlar BAMF-ın təsisçiliyi ilə yaradılan “Avrasiya-kredit” və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının ofislərində olub bu qurumların fəaliyyəti maraqlanıblar.
Cənab Coel Rodriquez BAMF-la tanışlıq məqsədi ilə regiona səfərindən çox razı qaldığını bildirərək Fondun fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə BAMF-la Oxfam arasında gələcəkdə mümkün əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.
BAMF-ın informasiya
departamenti
