Pakistanın məşhur təşkilatı BAMF-dan yardım istədi

09.09.2014 · 1174 baxış

<b>“Pakistanda fəlakətlərə səbəb olacaq daşqınlar olub. Xahiş edirik yardım edin!” Bunu Beynəlxalq Avrasiya Mətbuat Fonduna müraciətində Beynəlxalq sülh Bürosunun nümayəndəsi, Pakistanın məşhur təşkilatı olan “İnsan Dostları Təşkilatı”nın prezidenti Sajid Kristopher deyib. Onun sözlərinə görə, bu günlərdə Pakistanda insan təlafatına səbəb olacaq daşqınlar olub və hələ ki, Pakistan mətbuatı 178 nəfərin öldüyünü təsdiqləyib: “Minlərlə insan məcburi şəkildə daşqınlar altında qalmış evlərindən köçürülüb.</b>

Lakin evlərindən köçürülmüş minlərlə insanın isti geyimə, dərmana, qidaya və sığınacaqlara ehtiyacları var. Sajid Kristopherin sözlərinə görə , insanlar naəlacdırlar . Onlara zəruri qida , ev ləmazimatları və dərman ehtiyacları olan yardımlar olunmalıdır. Mən bir təşkilat rəhbəri ki, sizin təşkilatdan xahiş edirəm ki, daşqın qurbanlarına yardım edəsiniz. Mən sizin təşkilatın dəfələrlə bir çox insanlara köməklik etdiyindən xəbərdaram. Bu gün Pakistanda su həqiqətən də böyük fəlakətlərə səbəb olub. Ümid edirik ki, siz və daim Pakistana yardım və qardaşlıq əlini uzadan Azərbaycan bu gün də bizdən yardım əlini əsirgəməyəcək”.
Qeyd edək ki , Pakistanın Pəncab vilayətində vəziyyət fövqəladə halda acınacaqlı olduğundan, Pəncab höküməti daşqınlarla əlaqədar bir sıra rayonlarda fövqəladə vəziyyət elan edib. Bu rayonlar Sialkot, Hafizabad, Amritsar, Pasrur, Qujeranşala və Kasurdur.

BAMF-ın İnformasiya Departamenti

(c) 2018. IEPF