“People to People İnternational” (İnsandan İnsana Beynəlxalq ) təşkilatının prezidenti Plexico Clark Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevlə görüşüb

09.08.2014 · 819 baxış

<b>160-dan çox ölkədə nümayəndəliyi olan “People to People İnternational” (İnsandan İnsana Beynəlxalq ) təşkilatının prezidenti Plexico Clark Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevlə görüşüb . Görüş zamanı qarşılıqlı əlaqələr , birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü və gələcək əməkdaşlığın ən müxtəlif istiqamətləri nəzərdən keçirilib.</b>

Qeyd edək ki, dünyaca məhşur “People to People İnternational” təşkilatı müxtəlif mədəniyyətlərdən olan adi insanların birliyinin və qarşılıqlı anlaşması, əməkdaşlığını gücləndirmək üçün Amerikanın keçmiş Prezidenti Duayt Eyzenhauer tərəfindən 1956-cı il 11 sentyabr tarixində Amerika Məlumat Agentliyinin bir hissəsi kimi fəaliyyətə başlayıb. İnsanlardan İnsanlara adı altında isə ilk dəfə rəsmi olaraq Missuri Ştatında bir beynəlxalq təşkilat olaraq qurulub. Hazırda təşkilatın bütün dünya üzrə 27 000 üzvü , 275 xarici bölməsi var. Təşkilat haqqında daha ətraflı bu linkdə tanış ola bilərsiniz.
(http://www.ptpi.org/about_us/Default.aspx)
Səfər çərçivəsində “People to People İnternational” təşkilatının prezidenti eyni zamanda Bakı Beynəlxalq Tələbələr Klubunun təlim mərkəzində olub, klubun gənc üzvləri ilə görüşüb. Görüş zamanı cənab Clark rəhbəri olduğu təşkilat haqqında gənclərə məlumat verib, daha sonra onların suallarını cavablandırıb və gələcək planlar, layihələr haqqında danışıb.

Qeyd edək ki , Bakı Beynəlxalq Tələbələr Klubu “People to People İnternational” təşkilatının Azərbaycandakı rəsmi təmsilçisidir . “People to People İnternational” təşkilatının prezidenti Plexico Clarkın Beynəlxalq Avrasiya Mətbuat Fondunda keçirdiyi görüşlər barədə verdiyi müsahibəyə aşağıdakı linkdə baxa bilərsiniz.

https://www.youtube.com/watch?v=bjS1YNRh1X8

BAMF-ın İnformasiya Departamenti

(c) 2018. IEPF