<b>Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər Rayonunda yerləşən Peşə Təlim Mərkəzində təlimlərin 3-cü mərhələsi uğurla davam etdirilir . Çörək-qənnadı məhsullarının hazırlanması ilə bağlı təlimin ilkin mərhələnin nəticələrini görmək mümkündür.</b>
İştirakçılar artıq öyrəndiklərini təcrübədə həyata keçiriblər, çörək və qənnadı məhsulları hazırlayıblar. Bundan əlavə, iştirakçıları üçün təlim vəsaitləri nəşr olunub və onların istifadəsinə verilibdir. Bununla yanaşı iştirakçılar Peşə Təlim Mərkəzində kompyuter və stilistika kurslarında da aktiv iştirak edirlər.
BAMF-ın İnformasiya Departamenti
