<strong>Nüfuzlu beynəlxalq qurum mətbuatla əlaqə şəbəkəsini genişləndirir</strong><br />
Avropa Birliyi ölkələri özünün sığınacaq siyasətinin müxtəlif dövlətlərin mətbuatında geniş əks olunmasını və bu məsələyə daha da çox maraq yaratmaq niyyətindədir. Bu məqsədlə Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasından (ECRE) Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) məktub göndərilib.
Məktubda ECRE üzvləri arasında mətbuatı fəaliyyətinin əsası hesab edən təşkilatların olmasının sevindirici hal olduğu qeyd edilərək, yerli media təmsilçilərinin təşkilatla bağlı fikirlərinin mühümlüyü vurğulanıb. BAMF-n bir media qurumu olaraq məcburi köçkünlərlə, qaçqınlarla apardığı işlərdən məlumatlı olan təşkilat yetkilisi Ana Fontal sözügedən məktubda yazır: “Qaçqın və jurnalistlər arasında əlaqələrin asanlaşdırılması sahəsində təcrübənizi bizimlə bölüşsəniz çox yaxşı olardı. Belə təcrübədən yararlanmaq istəyən jurnalistlər də bunu tez-tez bizdən xahiş edirlər.”
Məktubda xüsusi olaraq vurğulanır ki, birgə əməkdaşlığın daha da gücləndirilməsi, yerli mətbuat təşkilatları ilə əlaqələrin intensivləşməsi ECRE üçün mühüm əhəmiyyət daşıyır.
Bununla bağlı BAMF-da qurumun sədri Umud Rəhimoğlunun rəhbərliyiylə keçirilən müzakirədə yerli mətbuat təmsilçiləri ilə bu beynəlxalq qurum arasında əlaqələrin gücləndirilməsi barədə təkliflər müzakirə olunub. 2009-cu ildə “ECRE-nin mətbuatla əlaqə şəbəkəsinin gücləndirilməsi mühüm addım kimi qiymətləndirilib və bunun mətbuatın inkişafına da bir təkan olacağı bildirilib.
Qeyd edək ki, BAMF ECRE ilə yanaşı Beynəlxalq Sülh Bürosunun, Beynəlxalq Mətbuat İnstitutunun, Minaların Qadağan Olunması üzrə Beynəlxalq Şəbəkənin və sairə təşkilatların tam hüquqlu üzvüdür.
BAMF-ın İnformasiya Departamenti
