<b>Nümayəndə heyətinin məqsədi Azərbaycanda QHT-lərin inkişafını, vətəndaş cəmiyyətinin hökumətlə əməkdaşlığınının vəziyyətini tədqiq etmək, habelə Azərbaycanda QHT-lərin inkişafı və bu fondun əhatə etdiyi ölkələrlə əməkdaşlıq səviyyəsini müəyyənləşdirməkdir<br /> </b><br /> <br /> İyulun 8-də Azərbaycanda səfərdə olan Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələrinin Beynəlxalq Əməkdaşlıq Fondunun (QDXDBƏF) nümayəndələri - nümayəndə heyətinin rəhbəri cənab Marius Eugen Opran, Avropa ECOSOC-un Vahid Bazar, İstehsal, İstehlak bölməsinin sədri cənab Bryan Kassidi, Avropa Siyasət Mərkəzinin siyasi analitiki, proqram icraçısı xanım Amanda Pol və QDXDBƏF-in Baş Katibinin məsləhətçisi xanım Felisia Skoarta Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş qərargahında olublar.<br />
Qonaqları BAMF-ın proqramların inkişafı və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa və Fondun digər departamentlərinin rəhbərləri qarışlayıbd. Nümayəndə heyətinin rəhbəri Marius Eugen Opran səfərdə əsas məqsədlərinin Azərbaycanda QHT-lərin inkişafını, vətəndaş cəmiyyətinin hökumətlə əməkdaşlığınının vəziyyətini tədqiqi etmək, habelə Azərbaycanda QHT-lərin inkişaf və bu fondun əhatə etdiyi ölkələrlə əməkdaşlıq səviyyəsini müəyyənləşdirmək olduğunu deyib. Nik Nvolisa qonaqları salamlayaraq BAMF-ın yaranması və fəaliyyəti haqqında onlara ətraflı məlumat verib.

Görüşdə iştirak edən BAMF-ın departament rəhbərləri Siyab Məmmədov, Ramil Əzizov və Rey Kərimoğlu da çıxış edib. BAMF-ın beynəlxalq donor təşkilatların dəstəyilə müharibə qurbanlarına dəstək olmaları, müharibə qurbanlarına peşə təlimi mərkəzinin və kooperativ təsərrüfatın yaradılması, mikro-kredit sahəsindəki fəaliyyəti xüsus olaraq qonaqların diqqətinə çatdırılıb.
Nümayəndə heyəti Azərbaycanın münaqişədən ziyan çəkmiş ərazilərində aparılan münaqişədən sonrakı rekonstruksiya (bərpa tikiniti) istiqamətində BAMF həyata keçirdiyi işlərdən məmnun qalıblar. Söhbət zamanı Marius Eugen Opran Azərbaycan dövlətinin QHT-lərə və mediaya göstərdiyi dəstəyi müsbət qiymətləndirib. Eyni zamanda, QHT-lərə və mediaya dəstək məsələsində inzibati şəffaflığı təmin etmək istiqamətində hökumətin daha çox işlər görəcəyinə inandığını vurğulayıbdır.
Cənab Marius Eugen Opranın verdiyi məlumata görə, nümayəndə heyəti iyulun 4-dən başlayaraq müxtəlif rəsmi dövlət sturkturlarında olduqlarını, bir çox nazirlərlə, QHT- rəhbərləri və vətəndaş cəmiyyəti tnümayədnələri ilə görüşdüklərini deyib.
Qeyd edək ki, Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələrinin Beynəlxalq Əməkdaşlıq Fondu 2009-cu ildə Rumıniya Prezidenti cənab Traian Basesku və Azərbaycan Prezidenti İlham Əliyevin birgə təşəbbüsü ilə yaradılmışdır. QDXDBƏF-in baş ofisi Buxarestdə yerləşir və üzv dövlətlərinin sayıni 8-dən 11 çatmışdır.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu iyulun 4-8 də İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Yüksək Səviyyəli Toplantısına qatıldığından görüşdə iştirak etməyib.
BAMF-ın informasiya departamenti
