Qarabağlı köçkün uşaqların gözü ilə…

02.11.2011 · 2157 baxış

<b>Ortaq məktəb dəhlizində, müxtəlif yaşlı uşaqların heç vaxt unutmayacağımız maraq dolu baxışları əhatəsində dayanmışdıq. O maraq dolu gözəl baxışların arxasında gizli bir hekayə də vardı. Ana Vətənləri Qarabağın hekayəsi, onların taleyini dəyişdirən hekayə. Yaşları az olsa da, ortaq keçmişləri barədə bildikləri çoxdur...</b><br /> <br /> Bu bizim Beynəlxalq Avrasiya Mətbuat Fondunda keçdiyimiz təcrübənin ikinci gününə olan təəssüratlardır. BAMF “Ortaq məktəblərdə yerli və məcburi köçkün şagirdlər arasında sosial əlaqələrin gücləndirilməsi, inkişaf etdirilməsi və stimullaşdırılması” adlı layihə həyata keçirir. Dünya Bankı tərəfindən maliyyələşdirilən layihənin sifarişçi təşkilatı Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. <br />

Layihənin məqsədi ortaq məktəblərdə yerli və məcburi köçkün şagirdlər arasında sosial əlaqələrin gücləndirilməsidir. 2009-cu ilin yanvar ayından həyata keçirilməyə başlanan layihə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən 35 ortaq məktəbi əhatə edir. Seçilmiş ortaq məktəblər musiqi otağı, radio qovşağı, kompyuter otağı, idman avadanlıqları kimi layihə təkliflərindən biri ilə təmin olunur.

Getdiyimiz ilk ortaq məktəb 35 saylı Zəngilan rayon məcburi köçkün məktəbi və 159 saylı Bakı şəhər məktəbi idi. Ortaq məktəbə şagirdlərin öz radio proqramlarını həyata keçirmələri üçün radio qovşağı quraşdırılmışdır. Bu radio proqramları tənəffüs zamanı yayımlanacaq.

Bununla belə, onlar ayrı-ayrı məktəb binalarında təhsil alırlar. Beləliklə, sual yarana bilər: Əgər bu layihənin məqsədi ortaq məktəblərdə yerli və məcburi köçkün şagirdlər arasında sosial əlaqələrin gücləndirilməsidirsə, bəs nə üçün onlar fərqli binalarda və ya fərqli mərtəbələrdə təhsil alırlar? Həm 35 saylı Zəngilan rayon məcburi köçkün məktəbinin direktoru, həm də 159 saylı Bakı şəhər məktəbinin direktoru təsdiqlədilər ki, bu Qarabağın işğaldan azad olunandan sonra şagirdlərin yenidən öz doğma kəndlərində, şəhərlərində təhsil almaları məqsədi ilə məktəbin statusunun və strukturunun saxlanılması üçündür. Onlar ümid edirlər ki, məcburi köçkünlərin Qarabağa, öz torpaqlarına qayıdacaqları gün uzaqda deyil. Məcburi köçkün uşaqlarının gözündə qəzəb, ümid, kədər və sevinci eyni zamanda hiss etmək olurdu; Qarabağın işğal altında olmasından doğan qəzəb, ora yenidən qayıtmaq ümidi, edilən zorakılığın yaratdığı kədər və bizim ziyarətimiz səbəbi ilə yaranan sevinc.

Şagirdlər bizim məktəbdə gəlişimizi böyük sevinclə qarşıladılar. Bu bir daha göstərir ki, onlar üçün yaşadıqlarını, hekayələrini bölüşmək nə qədər vacibdir. Onlar bizim öz problemlərinə, Qarabağ konfliktinə diqqətimizi hiss etmək istəyirlər. Baxmayaraq ki, bu məcburi köçkün uşaqları heç vaxt Qarabağda olmayıblar, onlar bölgə, onun tarixi haqqında kifayət qədər məlumatlıdırlar. Bu məlumatlar onlara ailələrində, oxuduqları məktəbdə və cəmiyyətdə verilir.

Daha sonra biz YUNİSEF tərəfindən orta məktəblərə vermək üçün BAMF-a verilmiş idman ləvazimatının (basketbol topları, voleybol topları, futbol topları, şahmat və BAMF tərəfindən Milli Qəhrəmanların şəkilləri əks olunan plakatlar.) paylanmasında da iştirak etdik. Altı məktəbli qız isə əlləri ürəklərinin üzərində Azərbaycan Respublikasının Dövlət Himnini ingiliscə ifa etdilər…

Bizə uşaqların Qarabağ haqqındakı mahnı və şeirləri qədər müəllimlərin öz kəndləri barədə verdikləri məlumat, göstərdikləri şəkillər də maraqlı idi.

Beləlikə, biz cəmiyyətə, dünyaya bu insanların gözü ilə baxmağa cəhd göstərməliyik, ancaq o zaman onların dərdlərini, istəklərini anlaya və bəlkə də problemlərinin həllinə müəyyən qədər yardımçı ola bilərik.

Almaniyanın Eberhard Karls adına Tübingen Universitetinin
BAMF-da təcrübə keçən tələbələri Damla Zeynəb Mələk və Judit Bert

(c) 2018. IEPF