Qazaxıstanda üç günlük beynəlxalq seminar keçiriləcək

13.05.2014 · 784 baxış

<b>Mayın 21 - 23-də Astanada keçiriləcək “Yeddinci Astana İqtisadi Forum”u (AİF) və İkinci Dünya Anti-Böhran Konfransı (DAB) çərçivəsində “Maliyyə hesabatı və onun İctimai Maliyyə Optimizasiyası Sistemi və Maliyyə risklərinin idarəsində infrastruktur” adlı üç günlük regional seminar planlaşdırılıb.</b>

Seminarda Qazaxıstanın Maliyyə Nazirliyinin, Beynəlxalq Valyuta Fondunun və beynəlxalq aləmdə tanınan ekspertlər iştirak edəcək. Bunu sözügedən Forumun media tərəfdaşı olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu “Yeddinci Astana İqtisadi Forumu” unun mətbuat xidmətinə istinadən deyib.

Regional seminarın məqsədləri Qafqazda və Mərkəzi Asiyada, o cümlədən Qazaxıstanda ictimai maliyyənin idarəçiliyində dünya tendensiyalarının əsas istiqamətləri və aktual yanaşmaların müzakirəsini aparmaqdır.

Beynəlxalq ekspertlər Qazaxıstanı ictimai bölmədə hesablama metodu üzrə ən uğurlu hesabalama və maliyyə hesabatı verən ölkə kimi təqdim edir. Hesablama və maliyyə hesabatının müasir beynəlxalq proseslərdə nizamlanması Hesablamalar Standartları üzrə Beynəlxalq İctimai Sektor (IPSAS) üzrə hesablama metodlarına uyğundur.

Qeyd edək ki, AİF və DAB konfransı platforması üzrə ictimai sektorda hesablama metodunun başlanğıcı ilə bağlı “Risklər dövründə hökumətin maliyyə sisteminin dayanıqlı inkişafında mühasibat uçotu və auditin rolu” mövzusunda müzakirə – 2013-cü ilin May ayının 24-də İPSAS Mühasiblərin Beynəlxalq Federasiyası Komitəsindən, Böyük Britaniyanın İcma Palatası və audit şirkətlərii “PwC”-dən olan – beynəlxalq dərəcəli ekspertlərin iştirakı ilə həyata keçiriləcək.

(c) 2018. IEPF