<b>Bu adda Astanada beynəlxalq konfrans keçiriləcək</b><br /> <br /> Lev Gumilyov adına Avrasiya Milli Universiteti 2014-cü il, mayın 21-də “7-ci Astana İqtisadi Forumu” çərçivəsində “Qloballaşma şəraitində Qazaxıstanın yenilikçi iqtisadiyyatı bir dayanıqlı inkişaf faktoru kimi” mövzusunda beynəlxalq konfrans keçirməyi planlaşdırır.
Konfransın moderatoru Avrasiya Milli Universitetinin rektoru, Elmi-pedoqoji Beynəlxalq Akademiyanın akademiki Erlan Sadıkovdur. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) “Astana İqtisadi Forumu”ndan məlumat daxil olub.
Konfransın məqsədi iqtisadi innovasiya inkişafı üzrə müasir məsələlər, müasir elmi tədqiqat təşəbbüsü, sosial-iqtisadi sistemlər və proseslərin modernləşdirilməsi və transformasiyası sahəsində elmi ekspertizanın sintezi üzrə tədqiqatçılar arasında məlumat mübadiləsi aparmaqdır.
Konfransa qatılanlar arasında 2004-2007-ci illərdə “Dinamik makroekonomik yardımlar: iqtisadi siyasət və biznes dövründə zaman ardıcıllığı” və iqtisadiyyat sahəsində “Mexanizm dizayn nəzəriyyəsinin əsaslarının qoyulması” üzrə Nobel mükafatı laureatları Edvard Preskottdur və Erik Maskin də var. Digər spikerlər isə Rusiyanın, Polşanın, Slaveniyanın, Almaniyanın, Böyük Britaniyanın, Hindistanın, Kareyanın və bir sıra ölkələrin aparıcı ali təhsil ocaqlarının professorlarıdır.
Xatırladaq ki, BAMF Astana İqtisadi Forumunun media tərəfdaşıdır.
BAMF-ın informasiya
departamenti
