Bu gün Macarıstanda həbsdə olan azərbaycanlı zabit Ramil Səfərovun hüquqlarının müdafiəsi üzrə Koordinasiya Şurasının növbədənkənar iclası olub. İclasda Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyevin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına sədr seçilməsi ilə əlaqədar Koordinasiya Şurasının koordinatorluğundan istefası və yeni koordinator seçilməsi məsələsini müzakirə ediblər.<br />
Koordinasiya Şurası üzvlərinin yekdil dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev yeni koordinator seçilib
