Azərbaycanda müasir medianın problemlərini aradan qaldırmaq, medianın inkişaf perspektivlərini araşdırmaq üçün yeni qurum – Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası təsis edilib.<br /> «Media forum» saytı xəbər verir ki, təşkilatın təsicçiləri – Beynəlxalq Avrasiya Mətbuat Fondu, Demokratik Jurnalistlər Liqası, «RUH» Jurnalistləri Müdafiə Komitəsi və Jurnalistlərin Həmkarlar İttifaqı dekabrın 14-də bu sahədə birgə fəaliyyət göstərmək barədə anlaşmaya imza atıblar.<br />
Beynəlxalq Avrasiya Mətbuat Fondunda keçirilən tədbirdə koalisiyanın görəcəyi işlərlə bağlı fikir mübadiləsi aparılıb. Fondun sədri Umud Mirzəyev bildirib ki, qurumun fəaliyyət dairəsi genişdir: «Əsasən jurnalist peşəkarlığının artırılmasına, bu sahədə ixtisaslaşmanın dərinləşməsinə, hüquqların qorunmasına yönlənən məsəllərlə məşğul olacağıq. Qurum digər media təşkilatları üçün də açıqdır. İstərdik ki, jurnalistika ilə bağlı strateji məsələlərdə hamı bir yerdə olsun. Ona görə digər təşkilatlarla da danışıqlar aparılır».
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, medianın inkişafına töhfə verə biləcək hər yeni addımın atılması müsbət haldır.
