Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi BAMF-da olub

07.03.2011 · 1182 baxış

<b>Martın 7-də Türkiyənin Azərbaycandakı böyük elçiliyinin mətbuat katibi Yavuz Bayram Maras və elçiliyin nümayəndəsi Habil Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar. BAMF sədri Umud Rəhimoğlu və Fondun departament rəhbərləri ilə görüşən qonaqlar təşkilatın fəaliyyəti ilə maraqlanıblar.</b><br /> <br />

U.Rəhimoğlu BAMF-ın yaranmasından, inkişafından danışaraq, Fondun fəaliyyəti və həyata keçirdikləri layihələr barədə onlara ətraflı məlumat verib.

Görüşdə BAMF-la Türkiyənin Azərbaycandakı böyük elçiliyi arasında mümkün əməkdaşlıq istiqamətində müzakirələr aparıblar.

BAMF-ın informasiya
departamenti

(c) 2018. IEPF