O, “Maraqlı Jurnalistlər Komitəsi”nin icraçı direktoru ilə görüşüb <br /> <br /> Hazırda ABŞ-da səfərdə olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və qurumun epartament rəhbəri İfeanyichukvu Nvolisa Missuri Universitetinin filialı olan “Maraqlı Jurnalistlər Komitəsi”nin (MJK) icraçı direktoru cənab Mark Karterlə və təlim məsələləri üzrə direktor cənab Valli Dinlə görüşüblər. MJK-da görüş Missuri Universitetinin Donald V. Renoldz adına Jurnalistika İnstitutunun istefada olan professoru və proqram inkişafının direktoru cənab Rocer A. Qafke tərəfindən təşkil edilib. Bu barədə U.Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, MJK-nın ofisi ABŞ Milli Mətbuat Evinin binasında yerləşir.
O, sözügedən binada faktiki olaraq bütün media institutlarının, qəzet və televiziyaların nümayəndələrinin olduğunu da dedi.
BAMF sədri görüşdə əsasən MJK-ın jurnalistikaya dair tənqidi fikirlərə və onun necə olmasına istiqamətlənmiş fəaliyyəti ilə maraqlanıb. U.Rəhimoğlu MJK-nin geniş təcrübəsinin Azərbaycanda medianın inkişaf etdirilməsinə və Azərbaycan jurnalistlərinin sosial standartlarının təkmilləşdirilməsinə tətbiq edilməsi istəyini ifadə edib.
“Cənab Karter və cənab Din “Maraqlı Jurnalistlər Komitəsi”nin Azərbaycanda bu qəbildən olan işləri həyata keçirmək iqtidarında olmasını bildirdilər. Xatırladım ki, “Maraqlı Jurnalistlər Komitəsi”nin əsas fəaliyyəti jurnalistikanın müxtəlif aspektləri üzrə jurnalistlərin təlimləndirilməsidir. Komitə həmçinin universitetlərdəki jurnalistika fakültələrində jurnalistika tədris proqramının hazırlanmasında da faydalı ola bilər. Bunlardan başqa, “Maraqlı Jurnalistlər Komitəsi” jurnalistlər üçün yaxşı biznes modelinin hazırlanması, habelə media üzrə yeni texnologiyalardan səmərəli istifadə edilməsinə dair jurnalistlərin təlimləndirilməsi sahəsində də böyük təcrübəyə malikdir” deyə, U.Rəhimoğlu bildirib.
Görüşün sonunda BAMF-ın sədri Milli Mətbuat binasına kiçik gəzinti keçirib, divarlarda peşəkar jurnalistika standartlarının lazımi şəkildə əks etdirilməsinin şahidi olub. U.Rəhimoğlu gəzintidən çox məmnun qalıb və eyni məqsədə xidmət edəcək oxşar strukturun Azərbaycanda da olması arzusunu dilə gətirib.
BAMF-ın informasiya departamenti
