<b>Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) 63-cü Dünya Konqresinin Baş Assambleyasında qurumun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu BMİ İdarə Heyətinə üzv seçilib. Seçkidə BMİ-nin dünyanın müxtəlif ölkələrindən üzvləri (ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Norveç, Nigeriya, Keniya, Zambiya, Türkiyə, Azərbaycan, Rusiya, Yaponiya, Cənubi Afrika v s.), jurnalistlər iştirak etdilər. Seçkilər zamanı U.Rəhimoğlu idarə heyətinə üzvlüyə qoşulub. </b>
U.Rəhimoğlundan başqa daha 5 nəfər BMİ üzvü ikinci dövr üçün BMİ idarə heyətinə namizədliklərini irəli sürüblər. Belə ki, Avstraliyadan “Der Standard” qəzetinin baş redaktoru, Aleksandra Foderl-Şmid, Serbiyadan “Danas” qəzetinin aparıcı redaktoru cənab Radomor Licina, Slovakiyadan SITA-Slovak News Agentliyinin yaradıcısı və keçmiş baş meneceri Pavol Mudrı, Rusiyadan Tədqiqatçı Jurnalistika Fondunun sədri Qalina Sidirova, Türkiyədən “Hürriyyət” qəzetinin keçmiş xarici xəbərlər bölməsinin rəhbəri və köşə yazarı Fərai Tincin namizədliyi müzakirə olunub.
Bütün 6 namizəd Baş Assambleyada seçiliblər. U.Rəhimoğlu tələb olunan mümkün səslərdən ən çoxunu (58) toplayıb. Nəticədə o, BMİ idarə heyətinin 28-ci rəsmi üzvü seçilib.
U.Rəhimoğlu Cənubi Qafqaz regionundan, həmçinin Avropa və Asiya qonşuluğunda olan ölkələrdən BMİ idarə heyətinin ilk üzvüdür.
U. Rəhimoğlu BMİ-nin idarə heyətinə üzv seçilməsindən qürur duyduğunu ifadə edib, regionda BMİ üzvlərinin artırılması istiqamətində çalışacağını və qarşıdan gələn iki il ərzində BMİ-nin 4 milli komitəsinin yaradılmasına dəstək olacağını bildirib.
BMİ Azərbaycan Milli Komitəsinin
informasiya departamenti
