Mark Harevard: “Mən çox əhəmiyyətli işlər gördüyü üçün Umud Rəhimoğluna və BAMF-ın komandasına öz minnətdarlığımı bildirirəm”

Bu gün UNICEF-in Azərbaycan nümayəndəsi cənab Mark Harevard və onun müavini Rəshed Mustafa Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar. Onlar BAMF-ın sədri Umud Rəhimoğlu və Fondun departament rəhbərləri ilə görüşərək müzakirələr aparıblar.

Müzakirələr zamanı BAMF-ın UNICEF-in fəaliyyət istiqamətlərinə uyğun layihələri barədə ətraflı fikir mübadiləsi olub.

Cənab M. Harevard görüş zamanı BAMF-ın həyata keçirdiyi layihələrdən məmnun qaldığını, Fondun çox əhəmiyyətli işlər gördüyünü dilə gətirib: “Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycan cəmiyyəti üçün çox vacib olan layihələr gerçəkləşdirir. Bunlar çox şərəfli və ağır işlərdir. Mən bu işləri həyata keçirdikləri üçün Umud Rəhimoğluya və BAMF-ın komandasına öz minnətdarlığımı bildirirəm. Biz də UNICEF-in missiyasına uyğun olan işlərinizdə sizlərə yardımçı ola bilərik. Mən bir müddət əvvəl Beynəlxalq Avrasiya Mətbuat Fondunun regiondakı fəaliyyəti ilə tanış olmaq məqsəd ilə Tərtərdə rayonunda olmuşdum. Bu səfərdən sonra biz Tərtərdə, Ağdamda və Füzulidə UNICEF-in mandatına uyğun olaraq işlər görmək haqqında müzakirələr aparırıq”.
UNICEF-in Azərbaycan nümayəndəsinin müavini cənab R.Mustafa da BAMF-ın fəaliyyətindən məmnun qaldığını Fondla gələcəkdə bir çox vacib layihələr həyata keçirməyin mümkünlüyünü vurğulayıb.
U.Rəhimoğlu hər iki qonağa BAMF-ın ünvanına xoş sözlər söylədiklərinə görə minnətdarlığını bildirib. O, UNİCEF-in Azərbaycanda həyata keçirdiyi layihələrə toxunaraq bu işlərin əhəmiyyətindən danışıb.
Görüşdə UNICEF-lə BAMF-ın birgə əməkdaşlığı barədə də fikir mübadiləsi aparılıb, bununla bağlı konkret işlər görmək üçün təkliflər müzakirə edilib.
Xatırladaq ki, bir müddət əvvəl M.Harevard Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ABŞ Dövlət Departamenti Özəl İctimai Tərəfdaşlıq proqramı çərçivəsində “Tərtər rayonunda mina qurbanları və müharibədən zərərçəkənlər üçün Regional Peşə Təlim Mərkəzi yaradılması” layihəsi çərçivəsində keçirilən təlim prosesini izləmək, BAMF-ın regiondakı fəaliyyəti ilə tanış olmaq məqsəd ilə Tərtərdə olmuşdu.
BAMF-ın informasiya departamenti