UNICEF –in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri BAMF-ın sədrini qəbul edib

12.09.2014 · 1137 baxış

<b>Görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Ayaz Mirzəyev , UNICEF-in maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin koordinatoru Qiyas Abasov və UNICEF-in Yeniyetmə və Gənclərin İnkişafı Proqramından Aida Ailarova iştirak edib. BAMF sədri Umud Mirzəyev UNICEF –in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadzeni yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. </b>

Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən Andro Şilakadze Azərbaycandakı vətəndaş cəmiyyətinin təmsilçiləri ilə UNICEF arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.Görüş zamanı UNICEF-lə BAMF arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

BAMF-ın İnformasiya Departamenti

(c) 2018. IEPF