UNİCEF-in nümayəndələri Tərtərdə olublar

02.08.2011 · 1097 baxış

<b>UNİCEF-in Azərbaycan ofisinin nümayəndəsi Natiq Umarov və qurumun Rusiya nümayəndəsi Aida Ailarova Tərtərdə olublar. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, UNİCEF nümayəndələri BAMF-ın regionda gördüyü işlərlə, həyata keçirdikləri layihələrlə yaxından tanış olublar.</b>

U.Rəhimoğlu qonaqlarla Azərbaycanının kənd rayonlarında social-iqtisadi inkişafın sürətləndirilməsində gənclərin rolunun gücləndirilməsi məsələsini ətraflı müzakirə ediblər. Onlar müzakirələr zamanı BAMF-la UNİCEF arasında da əməkdaşlıq məsələsindən də söhbət ediblər.

Görüşdə BAMF-ın departament rəhbərləri Nik Nvolisa, Siyab Məmmədov və Ramil Əzizov da iştirak edib.

Qeyd edək ki, BAMF BMT-nin müxtəlif qurumları ilə yaxından əməkdaşlıq edir.

BAMF-ın informasiya
departamenti

(c) 2018. IEPF