Vyanada söz və mətbuat azadlığı üzrə yeni deklarasiya qəbul edilib

02.12.2009 · 1360 baxış

Söz azadlığının müdafiəsi üzrə dünyanın 32 aparıcı təşkilatı, o cümlədən Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar və Dünya Qəzetçilər Assosiasiyası Vyana Deklarasiyasını stəsdiqləyib. Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) Beynəlxalq Avrasiya Mətbuat Fonduna verilən məlumata görə, “Terrorizm, Media və Hüquqa dair Vyana Deklarasiyası”ilə bağlı işləri hazırda BMİ yerinə yetirir. Maneəsiz və sərbəst informasiya əldə edilməsinin və yayılmasının terrorizm ideologiyasına qarşı vacib vasitə olduğunu deyən BMİ-nin direktoru Devid Dədc buna nailolmaq üçün isə azad medianın olmasının zəruriliyini bildirib: “Buna görə də hökumətlər və hökumətlərarası qurumlar terrorizmə qarşı istənilən tədbirlərin və ya qanunların beynəlxalq standartlara uyğun olmasını, medianın təkcə terrorizm aktları haqqında məlumat verməkdə sərbəst olmasını deyil, həm də onun təhlükəsizlik siyasətində malik olduğu müşahidəçi rolu üçün bütün gücünü ortaya qoymasını təmin etməlidir”.

BMİ-nin məlumatına görə, Vyana Deklarasiyası bütün dünyada söz və mətbuat azadlığına, qanunverici orqanlara və bu qanunları hazırlayanlara dəstək olacaq, eyni zamanda bu, terrorizm təhlükəsinə qarşının alınmasında istifadə oluna bilər.

Qeyd edək ki, BMİ və Beynəlxalq Hüquqi Tədqiqatlar Mərkəzinin bu il 5-6 oktyabrda Vyanada təşkil etdiyi “Söz müharibəsi – terrorizm, media və hüquq” konfransında jurnalistlər, media hüquqşünasları, terrorizm və təhlükəsizlik üzrə ekspertlər bu deklarasiyanın layihəsini geniş müzakirə etmişdilər.

BAMF-nun informasiya

departamenti

(c) 2018. IEPF