Xocalı soyqırımı qurbanları BAMF-da yad edilib

26.02.2011 · 2499 baxış

<b>Fevralın 26-da XX əsrdə insanlıq əleyhinə qarşı olan ən böyük faciələrdən biri - Xocalı soyqırımı qurbanları Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) yad edilib. BAMF-ın sədri Umud Rəhimoğlu kollektiv qarşısında çıxış edərək erməni işğalçılarının 1992-ci il fevralın 26-da Xocalı şəhərində azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətkarlarının hələ də ədalət məhkəməsindən kənarda qaldığını, bütövlükdə faciənin dünya ictimaiyyətinə tam çatdırıla bilməməsindən danışıb. O, Azərbayan dövlətinin bu istiqamətdə son illərdə apardığı işlərə toxunub, rəhbərlik etdiyi qurumun daim Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı gördüyü işləri danışıb:</b>

“Bilrsiniz ki, biz bir beynəlxalq qurum olaraq Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün xeyli işlər aparmışıq. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarına Xocalı soyqırımı ilə bağlı mütəmadi olaraq zəruri məlumatlar veririk, bu istiqamətdə dövlətimizin müəyyənləşdirdiyi əsas strateji xəttə uyğun olaraq işlər aparırıq. Hər ilə fevralın 26-da dünyanın ən böyük beynəlxalq təşkilatlarına müraciətlər ünvanlayırıq. Xocalı soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınması və cinayətkarların cəzalandırılması üçün beynəlxalq qurumları ciddi tədbirlər görməyə çağırırıq. Biz heç vaxt Xocalı soyqırımı qurbanlarını, eləcə də Azərbaycanın müstəqilliyi, azadlığı uğurunda şəhid olan soydaşlarımızı unutmayacağıq”.

O, bu il də BAMF-ın dünyanın müxtəlif beynəlxalq qurumlara Xocalı soyqırımı ilə bağlı müraciətlər ünvanladığını deyib.

Sonra U.Rəhimoğlu BAMF-ın kollektivi ilə birgə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Rusiya məxsus 366-cı alayın iştirakı ilə Xocalıda 613 nəfəri xüsusi amansızlıqla qətlə yetirib. Faciə zamanı 487 nəfər yaralanıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

BAMF-ın informasiya departamenti

(c) 2018. IEPF