Yaponiyanın Azərbaycandakı səfirinin müavini Toshikazu MUTO Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. Səfirliyin təşəbbüsü ilə reallaşan görüşdə Toshikazu MUTO BAMF-ın fəaliyyəti ilə maraqlanıb. BAMF-ın sədri Umud Rəhimoğlu və qurumun beynəlxalq məsləhətçisi Lütfül Kabir qonağa təşkilat haqqında geniş məlumat veriblər. L.Kabir BAMF-ın fəaliyyət istiqamətindən və həyata keçirdiyi layihələrdən də danışıb.
Toshikazu MUTO BAMF-la tanışlığından məmnun qaldığını deyərək, belə görüşlərin davam etdirilməsinin vacibliyindən danışıb.
BAMF-ın informasiya
departamenti
