Yayımların Monitorinq Mərkəzi İctimai Birliyi Almaniya Xalq Universitetləri Birliyinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (DVV İnternational) tərəfindən maliyyələşən “Hüquqi Dövlətin bilgili vətəndaşı” Layihəsi çərçivəsində Tərtər şəhərində müxtəlif peşə sahibi olan orta yaşlı insanlara bir günlük təlim keçirmişdir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər Regional Peşə Təlimi Mərkəzində keçirilən təlimdə ümumilikdə 20 nəfərədək şəxs iştirak etmişdir. İştirakçılara insanların konstitusion hüquqlarını əhatə edən təlim üçün hazırlanmış bukletlər və qanunvericilikdə hüquq və azadlıqların təminatına yönəlik bazadan çıxarışlar yüklənmiş CD-lər təqdim edilmişdir.
Təlimlər bu sahədə hazırlıqlı olan peşəkar hüquqşünas Ələsgər Məmmədli, politoloq Nəsimi Məmmədli və Səməd Hətəmov tərəfindən aparılmışdır. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.
