Beynəlxalq Avrasiya Mətbuat Fondu müxtəlif ölkələrdən olan bir qrup jurnalist tərəfindən təsis olunmuş və 1992-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. Hazırda təşkilat yüksək təcrübəli heyəti, güclü maliyyə və texniki bazası , böyük potensialı ilə uğur və hörmət qazanmış Qeyri-Hökumət Təşkilatıdır.

BAMF-ın baş ofisi Bakı şəhərində yerləşir və onun 10 regional ofisi Azərbaycanın Tərtər, Ağstafa və Füzuli rayonlarında və Rusiyanın, Baltikyanı ölkələrin bəzi ərazilərində yerləşir. BAMF-nun heyətinin 70 faizi Azərbaycanın müharibədən sonrakı minadan zərər çəkmiş ərazilərinin təmizlənməsi və həmin ərazilərin əhalinin istifadəsinə verilməsi məqsədi ilə Mina Təmizləmə Əməliyatlarına cəlb olunmuşdur. BAMF-nun əsas ofisində 12 ixtisaslı heyət çalışır.

BAMF 5 əsas sahədə fəaliyyət götərir: Media və Vətəndaş Cəmiyyətinin İnkişafı; İcmanın İnkişafı; Qaçqın və Məcburi Köçkünlərin məsələləri; Sülh quruculuğu  Münaqişələrin Həlli və Təhsil. BAMF sülh quruculuğu, konfliktologiya və insan hüquqlarının müdafiəsində mühüm nailliyyətlər əldə etmişdir. Yarandığı ilk gündən Fond araşdırmanın ən yaxşı metodlarının tədqiqi və Qafqazda etnik və hərbi münaqişələrin həlli kimi məsuliyyətləri öz üzərinə götürmüşdür.

Bütün fəaliyyət istiqamətlərində BAMF, bir çox tanınmış layihələri həyata keçirmişdir: “Evdə Sülh, Ölkədə Sülh,Dünyada Sülh” (1992)“, “Ərazilərin minalardan təmizlənməsi üzrə birinci dərəcəli tədqiqat” (2000-2001), “Minaların təsirin tədqiqatı” (2002-2003), “NATO və Regionun təhlükəsizliyi” (2002), “İcma Mina Aksiyası Komandası” (2002-ci ildən bəri davam edir), “Minadan zərəçəkənlərin Ehtiyaclarının öyrənilməsi” (AK/2004), “Azərbaycanın üç rayonunda Azərbaycan Mina Qurbanları Assosiasiyasının yaradılması və fəaliyyət göstərməsi” (ABŞDD,SLQB /2006-2008); “Azərbaycan Minadan Zərərçəkmişlərin Assosiasiyası (AMZA) 2007-ci ilin Martında yaradılmış və İyul ayında Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir; ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Oldunması İdarəsinin maliyyə dəstəyi ilə 2007-ci ilin iyul ayından 2008-ci ilin iyul ayınadək “AMZA-nın Füzuli regional bölməsinin yaradılması və Tərtər bölməsinin fəaliyyətinin istiqamətləndirilməsi”və “AMZA-nın Ağstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi”, “Milli QHT-lərə Vətəndaş Cəmiyyətinin İnkişaf üzrə Prezident Şurasının ayırdığı Qrantların monitorinqi” (Az.Hök. QHT-lərə Dəstək Fondu/2008-2009); “Məcburi köçkün və Qaçqınların ,yerli şagirdlərin təhsil aldığı məktəblərdə Sülhün təşviqi” (DB/2009-2011); “Mina və PHS qurbanları və təqaüdçü mina təmizləyənlər üçün Peşə Tədris Mərkəzinin və yaradılması” (ABŞDD, SLQB/2009-2010); “PTM genişləndirmə və gücləndirməsi” (ABŞDD,SLQB /2010-2011); “Azərbaycan Gənclərinə Dəstək Proqramı” (UNICEF/2011-2012); və PTM Kooperativ Təsərrüfatının ekspansiyası və diversifikasiyası”(Yaponiya Səfirliyi/2011); “Beynəlxalq konfransların təşkilatı üzrə yerli təşkilatçılıq, Neft, Qaz və Media Konfransı” (2012); “Dayanıqlı və Bərabər İnkişaf üzrə Donorlar və Tərəfdaşlarla görüş” (UN ECOSOC/2012).

Beynəlxalq Avrasiya Mətbuat Fondu azərbaycanlı qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi və miqrasiya məsələlərinin araşdırılması, icmanın inkişafı və bu istiqamətdə layihələrin həyata keçirilməsində uğur əldə etmişdir. Qaçqın və məcburi köçkünlərin təxminən 40 faizinin İcma Mina Aksiyası Komandasına cəlb olunması bunların isbatıdır.

“Yerli və məcburi köçkün şagirdləri arasında birgə məktəblərdə ümumi sosial əlaqələrin gücləndirilməsi və stimullaşdırılması” Layihəsi Yaponiya Səfirliyi və Dünya Bankı tərəfindən maliyyələşdirilmiş və 2009-cu ilin Yanvar ayından 2011-ci ilə qədər davam etmişdir.

ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilmiş “Minadan zərəçəkmişlər və təqaüdçü Mina təmizləyənlər üçün Peşə Təlim Mərkəzinin yaradılması” Layihəsi 2009-cu ilin İyul ayında başlamışdır, icmanın hərəkətliliyinin təşəbbüsündə istisna rolu olmuşdur. Mina qurbanları, onların ailə üzvləri və təqaüdçü mina təmizləyənlər üçün regionda işsizliyin dərəcəsinin azaldılması kimi şəraitlər yaradılması üzrə təlimlər təşkil edilmişdir.

BAMF Azərbaycanda inkişafa humanitar yardım keçid dövründə qaçqın və məcburi köçkünlərin özünü gəlirlə təmin edə bilənlər üçün sahələrin yaradılmasına xüsusi diqqət keçirilməsi, əhali arasında sahibkarlıq bacarıqlarının inkişafı, icma problemlərinin həlli məqsədilə layihələrin həyata keçirilməsinə üstünlük verir . Bunun üçün Azərbaycan Milli Bankı 2007-ci ildə BAMF tərəfindən yaradılmış və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan Bank olmayan Kredit Təşkilatı "Avrasiya-Kredit" MMC-yə lisenziya vermişdir.

Qaçqınlara və məcburi köçkünlərə , az təminatlı ailələrə, əlillərə, xüsusilə də müharibədən zərər çəkmiş ərazilərdə yaşayan mina qurbanları və yoxsul əhaliyə mikro-kreditlərin verilməsi məqsədi ilə “Avrasiya Kredit” MMC beynəlxalq donorlarla əməkdaşlıq edir və gələcəkdə yerli donorlarla da bunu etməyi planlaşdırır. ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Füzuli, Ağstafa,Tərtər rayonlarında BAMF tərəfindən həyata keçirilmiş AMZA-nın regional bürolarının fəaliyyətə başlaması kimi layihələr çərçivəsində “Avrasiya Kredit” kiçik kreditlər paylamağa başlamışdır. İcma problemlərinin həll olunmasına nail olmaq üçün müəyyənləşdirilmiş funksiyaların genişləndirilməsi yolunda BAMF-ın fəaliyyətlərinin yeni mərhələsidir.

BAMF yarandığı ilk gündən qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunmasını öz prioritet məqsədi kimi gördüyündən, fond bu sahədə bir sıra layihə və konfranslar təşkil etmiş və reallaşdırmışdır. Fond Rusiya Coğrafiya Cəmiyyəti, Rusiya Yazıçılar Birliyinin Sankt-Peterburq Filialı və Azərbaycan Sankt-Peterburq mədəniyyət mərkəzilə birgə 1997-ci ilin dekabr ayında "Milli münasibətlər və qaçqınların problemləri mövzusunda beynəlxalq konfrans təşkil etmişdir. Konfransda təxminən 30 ölkədən 100-dən çox təmsilçi iştirak etmişdir. Konfransda qəbul olunmuş qətnamə BMT-na göndərilmiş və dünya ictimaiyyəti tərəfindən Azərbaycan problemlərinə xüsusi diqqət ayrılmışdır. Azərbaycana müharibədə dəyən ziyan sərgilərdə nümayiş etdirilmişdir.

Danimarka Qaçqınlar Şurasının maliyyə dəstəyi və Latviya, Rusiya və Azərbaycanın beynəlxalq əməkdaşlığı ilə BAMF 2001-ci ildə " Qafqaz regionunda QHT-nın infoterminalı" layihəsini həyata keçirməyə başladı və 2003-cü ildə tamamladı. Layihənin reallaşdırıldığı dövrdə Qafqazda "GRİNGO" məlumat şəbəkəsi formalaşdırılmışdır. "Qaçqın və məcburi köçkünlərin maraqlarının lobbiçiliyi" layihəsi 2002-ci ildə Gürcüstan müstəqil jurnalistlər asosasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.

GRİNGO ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinin dəqiq araşdırılması, məsuliyyət və öz mövcud problemlərini həll etmək iqtidarında olmaları üçün qaçqın və məcburi köçkünlərlə hakimiyyət nümayəndələri arasında görüşlər düşünməklə "Danışıqlar həftəsi" proqramı çərçivəsində qısa müddətli layihə reallaşdırmışdır.

BAMF-ın əsas prioritet fəaliyyət istiqamətlərindən biri də qlobal məqsədli tədbirlər vasitəsilə qlobal sülhə nail olmağa kömək etməkdir. BAMF-nun nizamnaməsində aydın şəkildə məqsədinin, beynəlxalq ictimaiyyətə xidmət etmək olduğu göstərilmişdir. Məhz buna görə də BAMF-ın ilk layihələrindən biri "İnfo-terminal" layihəsi idi ki, informasiya portalı MDB və post-sovet ölkələri ilə bağlı informasiya toplayır və yayırdı. Layihə həmçinin qaçqın və məcburi köçkün problemləri ilə məşqul olan Qafqaz QHT-nın şəbəkəsi olan GRİNGO şəbəkəsinin yaranmasına gətirib çıxardı. 2001-ci ilin dekabrında yaradılmış GRİNGO şəbəkəsi Şimali-Qafqaz və Zaqafqaziya QHT-ni birləşdirən regional şəbəkənin yaradılması ilə, regional QHT-ı arasında əməkdaşlığın yaradılması və möhkəmləndirilməsi məqsədilə regionda bir ilk olmuşdur. O, Cənubi və Şimali Qafqazdan olan qaçqın və məcburi köçkünlərə yardım edən 60-dan çox QHT-nı özündə birləşdirir.

BAMF müxtəlif səviyyələrdə potensialın artırılması ilə məşquldur. BAMF həmçinin göstərdiyi xüsusi xidmətlərin konkret benefisiarlar üçün təbliğatını aparır. Bundan başqa, humanitar yardımın edilməsi təşkilatın fəaliyyətinin əsas komponenti olaraq qalır. Bakı tərəfindən GRİNGO-nun üzvü olan BAMF bütün layihələrin icrasında qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin, sosial-iqtisadi, təhsil, tibbi və digər problemlərinin qiymətləndirilməsində fəal iştirak edir.

BAMF illik innovasiyalar sərgisi olan "İnkişaf Naminə Qlobal Tərəfdaşlıq vasitəsilə yoxsulluq və aclığın aradan qaldırılması üçün səylərin birləşdirilməsi" sərgisində iştirak etmişdir. BMT Baş Katibi, ECOSOC-un prezidenti, UNESCO-nun Baş Katibi, ECOSOC-un QHT Şöbəsinin rəhbəri və digər rəsmi şəxslər sərgidə iştirak etmişdir. Müxtəlif ölkələrdən təxminən 30 QHT-də sərgidə iştirak etmişdir. Azərbaycanın Tərtər rayonunda yaradılan "Minadan Zərərçəkənlərin Asosasiyası" layihəsi çərçivəsində BAMF-nun nailiyyətləri əks olunan "Uğurlu hekayə" sərgidə təqdim olunmuşdur. BMT-nın Baş Katibi Ban Ki Moon BAMF-ın "İnnovasiya sərgisində" iştirakını yüksək qiymətləndirmiş və "Mən sizin insanlıq üçün gördüyünüz işləri dəstəkləyirəm" deyə fikirlərini BAMF-ın rəy kitabında ifadə etmişdir.

Dövlət reyesteri tərəfindən sosial və əlavə vergilərdən azad edilən BAMF Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası tərəfindən qaçqın və məcburi köçkünlərə humanitar yardım paylanması prosesində iştirak etməyə dəvət olunub.

Dayanıqlı İnkişafın region üçün çox vacib məsələ olduğuna görə, BAMF BMT-nın bir neçə prosesində Davamlı İnkişaf Məqsədlərinin Post 2015 İnkişaf gündəliyinə böyük maraq göstərərək regional səviyyədə (EECCA) fəaliyyət göstərir.BAMF-nun BMT-nın DESA, ECOSOC bölmələrində xüsusi konsultativ status aldığı ildən, dayanıqlı inkişaf təşkilatın prioritet fəaliyyət istiqaməti olmuşdur. BAMF mütəmadi şəkildə ECOSOC-un iclaslarında, yüksək səviyyəli toplantılarında, illik icmallarında və mövzu ilə əlaqədar keçirilən baş assambleyalarda iştirak edir. BAMF 2012-ci ildə Nyu-Yorkda BMT-nın yüksək səviyyəli toplantısında dayanıqlı inkişaf sahəsində fəaliyyət göstərən partnyor və donorların görüşünü təşkil etmişdir, görüşdən sonra isə BAMF siyasi məsələlər və təkliflərlə bağlı sənəd hazırlamış və beynəlxalq partnyorlara və inkişaf məsələləri ilə bağlı maraqlı tərəflərə yaymışdır.

2013-cü ildə BAMF ANPED-lə birlikdə Dayanıqlı inkişafla bağlı EECCA- Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionunun QHT-nın regional platformasını yaratmış və katiblik rolunda fəaliyyət göstərir.

2013-cü ilin 15-16 iyul tarixlərində BAMF Mərkəzi Asiya, Qafqaz və Şərqi Avropanın 11 QHT-nin təmsilçilərinin iştirakı ilə Bakıda "Post 2015 Dayanıqlı İnkişaf Məqsədləri üçün Regional Təşəbbüs" adlı seminar keçirmiş və dayanıqlı inkişaf kontekstində yaşıl iqtisadiyyat, yoxsulluğun aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədləri ilə münasibətdə idarəetmə məsələlərinin konkret müzakirə olunması üçün regional platforma işlənib hazırlanmışdır. BAMF BMT-nin yüksək səviyyəli toplantılarında iştirak edir ki, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionunun dayanıqlı inkişaf prosesinə daha da cəlb olunmasını davam etdirsin.

2013-cü ilin 12-15 Sentyabr tarixlərində İsveçin paytaxtı Stokholmda BSB-nun üç illik toplantısında iştirak edən BAMF-nun sədri Umud Mirzəyev BSB-nun Ali Şurasının üzvü seçilmişdir. Ali Şuranın üzvü Umud Mirzəyev Qərbi Asiyanın 18 ölkəsinin Azərbaycan, Gürcüstan, Ermənistan, Qətər, Yəmən, Fələstin, Əmman, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Kipr, Livan, Bəhreyn və İraqın təmsilçisi kimi çıxış edəcək. Qeyd etmək lazımdır ki, BAMF Azərbaycanda bu missiyanı reallaşdıran ilk QHT-dır.

BAMF-nun qeydiyyatdan keçmiş nəşriyyat evi də var. Sərhəddsiz jurnalistlər tərəfindən çap olunan "Jurnalistlər üçün əl kitabı" və "Jurnalistlər təhlükəli tapşırıqda" kimi kitablar ingilis dilindən azərbaycan dilinə tərcümə olunmuş və Beynəlxalq Mətbuat İnstitutu tərəfindən çap olunmuşdur. "Mərkəzi və Şərqi Avropa jurnalistləri üçün əl kitabı" da rus dilindən azərbaycan dilinə tərcümə olunmuş və "Jurnalist olmaq istəyirsinizsə" adlı metodiki vəsaitin çap olunmasında əsas vasitə olmuşdur. Bütün bu nəşrlər QHT-lərə, beynəlxalq və yerli KİV-nə və universitetlərin jurnalistika fakultələrinə yayılmışdır. Bundan başqa fond "NATO və Qafqaz regional təhlükəsizlik" kitabının ingilis və rus versiyasını da çap etmişdir. Elmi-publisistik, ensiklopedik-bioqrafik kitab olan "Şəhidlər xiyabanı" kitabının materiallarının toplanması da sona çatdırılmışdır. 2005-ci ilin Prezident Sərəncamına uyğun olaraq "Azərbaycan ədabiyyatının kiril əlifbasından latın əlifbasına tərcümə olunması" layihəsinə BAMF-da qoşulmuşdur və ümumi tirajı 2003700 olan 92 kitab redaktə olunmuş və Avrasiya Press nəşriyyatıda çap olunmuşdur.

Hər il Avrasaiya press bir neçə ədəbi əsərin çap olunmasında, müxtəlif vacib sənədlərin ingilis dilindən azərbaycan dilinə çap olunmasında iştirak edir.

Avrasiya Press aşağıdakı nəşrləri həyata keçirmişdir:

- UNİCEF üçün təlim materialı "Sağlam həyat tərzi"- Azərbaycan Gənclərinə Dəstək layihəsi çərçivəsində (2011)

- "Ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı hesabatın verilməsi üçün jurnalistlərin əl kitabı"- BAMF və UNESCO-nun birgə layihəsi (2011)

- 2011 və 2012-ci ilin illik hesabatı

-Məlumat kitabı: "2012-ci ildəki Yüksək Səviyyəli Toplantıda keçirilən dayanıqlı inkişaf məqsədləri ilə bağlı donor və partnyorların iclası ilə bağlı hesabat"