Beynəlxalq Avrasiya Mətbuat
Fondu təsisçilərinin iclasında
QƏBUL EDİLİB.
«22» iyun 1992-ci il


Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Kollegiyasında
QEYDİYYATDAN KEÇİB.
«4» sentyabr 1992-ci il



1. ÜMUMİ MÜDDƏALAR

1.1 Beynəlxalq «AVRASİYA – MƏTBUAT» Fondu, gələcəkdə FOND adlandırılacaq, beynəlxalq müstəqil təşkilatdır.

1.2 Fondun təsisçiləri jurnalistlər, müxtəlif dövlətlərin nümayəndələridir.

1.3 Fond hüquqi şəxsdir, onun müstəqil balansı, hesablaşma hesabı, Azərbaycanda manat və valyuta, habelə dünya banklarında valyuta hesabları, dəyirmi möhürü, ştampı, adlı blankları, emblemi vardır.

1.4 Fondun baş qərargahı Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşir.

2.FONDUN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1. Fondun fəaliyyət predmeti hərbi münaqişələrin baş verdiyi rayonlardan obyektiv informasiyanın toplanması və onun yayılması, regional hərbi münaqişələrin sülh yolu ilə tənzimlənməsi məqsədi ilə həmin regionun tarixi, siyasi və digər aspektlərini öyrənib, təhlil etməkdən ibarətdir. Fondun elmi-tədqiqat fəaliyyəti mümkün silahlı qarşıdurmanın proqnozlaşdırılması və aradan qaldırılmasına yönəldilib.

2.2 Dağlıq Qarabağda üçüncü qüvvələrin müdaxiləsi nəticəsində beynəlxalq hərbi qarşıdurmanın baş verməsində real təhlükənin yaranması ilə əlaqədar olaraq, Qarabağ probleminin sülh yolu ilə həll edilməsi Fondun fəaliyyətində prioritet istiqamət hesab edilir.

2.3 Fəaliyyətinin predmetinə müvafiq olaraq Fondun əsas vəzifələri aşağıdakılardan ibarətdir:

a) Müstəqil jurnalistlərin, xalq deputatlarının, Fondun üzvlərinin və işçilərinin döyüş bölgələri rayonlarına səfərlərini təşkil etmək, səfərləri maliyyələşdirmək, döyüş bölgələri rayonlarında olarkən jurnalist və Fond nümayəndələrinin həyatını sığortalamaq, habelə onların təhlükəsizliyinin qorunmasını qismən təmin etmək;

b) Dünya kütləvi informasiya vasitələri ilə obyektiv informasiyanı yaymaq;

v) Hərbi əməliyyatlar gedən rayonlardan əldə edilən məlumatların operativ yayınlanması üçün öz informasiya agentliyni yaratmaq;

q) Qüvvədə olan qanuna uyğun olaraq kitab, jurnal, qəzet və digər dövri nəşrləri çap etmək və yaymaq;

ğ) Fondun fəaliyyəti ilə bağlı olan konfrans, simpozium, seminar, xeyriyyə aksiyalarını və digər tədbirləri təşkil etmək və həmin tədbirlərdə iştirak etmək;

d) Müstəqil elmi-tədqiqat ekspertizalarının təşkil edilməsi və aparılmasında iştirak etmək;

e) Qüvvədə olan qanuna və bu Nizamnaməyə zidd olmayan digər fəaliyyət növlərini həyata keçirmək.



3. FONDUN ÜZVLƏRİ

3.1 Dünyanın istənilən nöqtəsində regional münaqişələrin həll edilməsi və aradan qaldırılmasında mümkün maddi, intellektual və mənəvi köməyini etməyə hazır olan və Fondun Nizamnaməsini tanıyan fiziki şəxslər, habelə əmək kollektivləri onun üzvi ola bilərlər.

3.2. Fond öz üzvlərinə Fond adından çıxış etmək hüququ verir və onlar milli zəmində baş vermiş istənilən münaqişəli ölkəyə məlumat toplamaq, xalq diplomatiyasını həyata keçirmək və hərbi münaqişələrin həllinə kömək edən digər işləri həyata keçirmək üçün göndərilə bilərlər.

3.3 Fond üzvlərinin aşağıdakı hüquqları var:

a) Fondun fəaliyyəti ilə əlaqədar olan məsələlərin müzakirəsində, onun planlarının, proqram və tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

b) Fond rəhbərliyini seçmək, onun rəhbər və digər orqanlarına seçilmək;

v) Fondun fəaliyyətinə dair təkliflər vermək;

q) Fondun fəaliyyəti haqqında məlumat əldə etmək;

ğ) Öz qanuni hüquq və maraqlarının qorunması məqsədilə Fonda
kömək üçün müraciət etmək;

d) Digər ictimai təşkilatların üzvi olmaq.

3.4 Fondun üzvləri fəaliyyət göstərdikləri dövlətin daxili və xarici siyasətinə qarışmamaq prinsipinə riayət etməlidirlər.

3.5 Fondun üzvlyündən çıxmaq istəyən şəxs Fondun İdarə Heyətinə xəbərdarlıq etməlidir.

3.6 Fondun üzvi olub, ancaq onun fəaliyyətində uzun müddət iştirak etməyən şəxs Fondun üzvi olmaq hüququnu itirir.



4. HÜQUQİ MÜDDƏALAR

4.1 Fond öz adından müqavilə bağlaya, əmlak ala, şəxsi qeyri əmlak hüququna malik ola, arbitraj və tretey məhkəməsində iddiaçı və cavabdeh qismində çıxış edə bilər.

4.2 Fond yalnız öz əmlakı daxilində öhdəliklər üzrə məsuliyyət daşıyır.

4.3 Fond öz bölmələrini yaratmaq hüququna malikdir.

4.3.1 Fondun bölmələri Fondun əsas vəsaitləri hesabına vəsaitlərlə
təmin edilir, İdarə Heyəti tərəfindən təsdiq edilmiş mövcud Nizamnaməyə, Bölmənin Nizamnaməsinə və digər müddəalara əsasən fəaliyyət göstərir. Bölmənin əmlakı onların ayrı balansında və Fondun müstəqil balansında öz əksini tapır.

4.3.2 Şöbənin fəaliyyətinə rəhbərlik Fond tərəfindən təyin edilmiş şəxs tərəfindən yerinə yetirilir. Rəhbər şəxs Fond tərəfindən verilmiş səlahiyyətlər və etibar əsasında fəaliyyət göstərir.

4.3.3 Bölmələr Fond tərəfindən mövcud qanunauyğunluğa əsasən yaradılır.




5. FONDUN VƏSAİTLƏRİ

5.1 Fondun maliyyə vəsaiti aşağıdakı mənbələrdən yaradılır:

- təşkilat və ayrı-ayrı şəxslər tərəfindən edilmiş ianə və məqsədli qoyuluşlar, özünün istehsalat-təsərrüfat fəaliyyətindən ayırmalar;

- bank krediti və ya başqa kreditlər;

- fəaliyyətdə olan qanunauyğun digər daxil olmalar.

5.2 Maliyyə vəsaiti Fondun hesablaşma hesabına daxil olur. Fondun hesabına daxil olmuş maliyyə vəsaiti müəyyənləşdirilmiş qayda üzrə aşağıdakılar üçün sərf edilir:

- məqsədli proqramların və Fondun tədbirlərinin həyata keçirilməsinə;

- Xeyriyyə fəaliyyətinin həyata keçirilməsinə;

- Fondun cari fəaliyyətinə sərf edilən xərclərin ödənilməsinə;

- Fondun Nizamnamə müddəalarına zidd olmayan digər məqsədlər üçün;

5.3 Fondun daşınan və daşınmayan əmlakı həm şəxsi, həm də icarəyə götürülmüş əmlak hesabına yaradıla bilər. Fondun əmlakı bu Nizamnaməyə zidd olmayan məqsədlər üçün istifadə edilir.

5.4 Fondun digər vəsaitləri Fond tərəfindən müəyyən edilmiş qanuni qaydada və Fondun məqsəd və vəzifələrinə uyğun olaraq yaradılır və istifadə edilir.

5.5 Fondun pul, material və digər vəsaitləri kollektiv mülkiyyətdir. Pul, material və digər vəsaitlərin bölüşdürülməsi Fondun sədrlərindən birinin şəxsində idarə heyəti tərəfindən aparılır.

5.6 Fondun vəsaitləri onun inkişafına sərf edilə bilər.

5.7 Fondun büdcə ilə bağlı işi mövcud qanuna müvafiq həyata keçirilir.



6. FONDUN İDARƏETMƏ ORQANLARI

6.1. Fondun ali idarəetmə orqanı ÜMUMİ YIĞINCAQdır.

6.1.1 Ümumi Yığıncaq 4 ildə bir dəfədən az olmamaqla çağırılır.

6.2. Ümumi Yığıncaq Fondun ali icraedici orqanını – İDARƏ HEYƏTİNİ seçir və onun üzvlərinin sayını təsdiq edir.

6.2.1 İdarə heyəti 4 il müddətinə seçilir.

6.2.2 Həmsədrlərdən biri bu və ya digər səbəbdən öz vəzifələrini yerinə yetirmək iqtidarında deyilsə, onda Ümumi Yığıncağında növbədənkənar iclasında yeni həmsədr seçilir.
6.2.3 İdarə heyəti öz qərarı əsasında Fondun şöbəsini (bölmələrini) yarada və onun rəhbərini təyin edə bilər.

6.2.4 Həmsədrlərin hər birinə İdarə Heyətinin Yığıncağında səs vermək hüquqi verilir. İdarə heyətinin qərarı yekdilliklə qəbul edildiyi andan qüvvəyə minir.

6.3 Fondun əlaqələndirici orqan Koordinasiya Şurasıdır.

6.3.1 Koordinasiya Şurası Fondun həyata keçirdiyi tədbirlərin işlənib
hazırlanması və həyata keçirilməsində iştirak edir. İdarə Heyətilə birgə Fondun müəssisə və idarələrinin, habelə fondun digər ölkələrdəki bölmələrinin maliyyələşdirilməsi məsələlərini həll edir.

6.3.2 Koordinasiya Şurası kollegiyal orqandır və Ümumi Yığıncaq tərəfindən seçilir.

6.3.3 Koordinasiya Şurasının sədri 4 il müddətinə Ümumi Yığıncaq tərəfindən seçilir. O, İdarə Heyətinin iclaslarında iştirak edə bilər və səsvermə hüququna malikdir.



7. FONDUN NƏZARƏTEDİCİ ORQANLARI

7.1. FONDUN nəzarətedici orqanı Təftiş Komissiyasıdır.

7.1.1 Təftiş Komissiyası 5 nəfərlik tərkibdə Ümumi yığıncaq seçilir.

7.1.2 Təftiş Komissiyası Fondun və onun
idarələrinin maliyyə fəaliyyətinə nəzarət edir.

7.1.3 Təftiş Komissiyası 4 ildə bir dəfə hesabat verir.

7.1.4 Təftiş Komissiyasının sədri Ümumi İclas tərəfindən 4 il müddətinə seçilir.

7.1.5 Təftiş Komissiyası öz fəaliyyətində müstəqildir və Fondun İdarə Heyətinə tabe deyil.

8. FONDUN VƏ ONUN BÖLMƏLƏRİNİN LƏĞV EDİLMƏSİ

8.1 Fondun fəaliyyəti Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, bu
Nizamnaməyə uyğun Fondun təsisçilərinin qərarı ilə ləğv edilə bilər.

8.2 Fondun ləğv edilməsi üçün ləğvetmə komissiya yaradılır.

8.2.1 Ləğvetmə Komissiya Ləğvetmə zamanı Fondun maddi vəsaitlərinin uçotunu aparır
və maddi dəyərlər haqqında son qərar verən təsisçiləri xəbərdar edir.

8.3 Fondun bölmələri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, bu Nizamnaməyə uyğun gəlməyəndə Fondun İdarə Heyətinin qərarı ilə ləğv edilə bilər.

8.3.1 Bölmələrin ləğv edilməsi üçün Ləğvetmə Komissiyası yaradılır.

8.3.2 Ləğvetmə Komissiya ləğvetmə zamanı bölmənin balansında olan maddi dəyərlərin
uçotunu aparır və həmin maddi dəyər haqqında son qərar verən İdarə
Heyətini xəbərdar edir.


Nizamnamə 22 iyun 1992-ci ildə təsis yığıncağında qəbul edilmişdir.