Umud Mirzayev
Umud Mirzayev Beynəlxalq Avrasiya Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin rəhbəridir. Onun zəngin jurnalistika karyerası 1988-ci ildə işə başladığı, 1989- 1993-cü illər ərzində elm, təbliğat və məktublar şəbəsinin rəhbəri vəzifəsində çalışdığı “Ədəbiyyat və İncəsənət” qəzətindən başlayıb. 1992-ci ildə Mirzəyev hal-hazırda sədrlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) qurmuşdur.

Hətəm Quliyev
Proffessor Hətəm Quliyev Amerika neftçi mühəndislər cəmiyyətinin, Amerika neftçi geoloqlar cəmiyyətinin, Avropa mühəndislər və Yer elmləri üzrə alimlərin Asossasiyasının üzvü Azərbaycanlı Geoloqlarının Milli Komitəsinin büro üzvüdür. O, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü və ANSA NEWS-un redaktorunun birinci müavinidir.

Vaqif Quliyev
Vaqif Quliyev Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin məzunudur. O, jurnalistika fəaliyyətinə Sovet Kəndi qəzetində başlayıb, bundan sonra o Kommunist qəzetinin şöbə müdiri, Odlar Yurdu qəzetinin baş redaktoru, Ədalət qəzetinin baş redaktorunun müavini vəzifəsində çalışmışdır. 1993-1994-cü illərdə “Yazıçı Nəşriyyat evi”nin redaktoru vəzifəsində çalışmışdır. 1994-1997-ci illərdə o, Azərbaycan Gənclər və İdman Nazzirliyinin informasiya və mətbuat offisinin rəhbəri olmuşdur. 2005-ci ildən o, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində çalışır.

Rəşad Məcidov
Rəşad Məcidov Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. O, “Ədalət” qəzetinin, “Elm və Həyat” jurnalının baş redaktorunun müavini vəzifəsində çalışmışdır. O, “Azırmətbuat yayımın” sədri olmuşdur. (qəzet və jurnalların paylanması ilə məşğul olan təşkilat) 1995-ci ildən o. Azərbaycanın ən çox oxunan qəzetinin “525-ci qəzetin” baş redaktorudur. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının katibidir.

Modris Auzniş
Modris Auzniş Latviyada anadan olub. O, Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirmişdir. Təhsil aldıqdan sonra o, Bolqaristan və Yunanıstan daxil olmaqla bir neçə Avropa ölkəsində təcrübə proqramı keçmişdir. O, Rusiya Federasiyasında “Kommersant” nəşriyyat evində işləmişdir. O, Latviyada bir neçə rus və Latviya dilində olan qəzetin baş redaktoru olmuşdur. O, “Boltiyskiy bereqa” qəzetindəki şərhləri ilə danılır.

Lütfül Kəbir- Proqramların Beynəlxalq Məsləhətçisi
Lütfül Kəbir Banqladeşdə anadan olmuşdur. O, AİM/Manila, Filippində “İnkişafın İdarə olunması” üzrə magistr dərəcəsinə, Kəraçi Universitetində isə bakalavr dərəcəsinə yiyələnmişdir. O, “ İdarəetmə və strateji planlaşdırma” üzrə müxtəlif universitetlərin və beynəlxalq institutların çoxsaylı aspirantura kurslarında iştirak etmişdir. O, Azərbaycanın müxtəlif universitetlərində Vətəndaş Cəmiyyəti, Təşkilatın İnkişafı, Strateji Planlaşdırma mövzusunda fərdi təlimçi olmuşdur. O, professional karyerasının son 24 ilində çalışdığı ölkənin idarələri üçün Siyasət və Prosedur qaydalarının müəllifidir. Lütfül Kəbir Birləşmiş Millətlər Təşkilatının baş texniki məsləhətçisi olmuş və Mozambikdə Milli Minaların Təmizlənməsi İnstitutuna göndərilmişdir. 2005-ci ilin yanvarında Mozambikə BMT İP/MMTİ-na getməzdən əvvəl, Lütfül Kəbir 2 il ərzində BMT İP-nın minaların təmizlənməsi proqramının baş texniki məsləhətçisi olmuş və 5 ildən çox Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişaf Proqramının Baş Texniki Məsləhətçisi olmuşdur. O, paralel olaraq İnkişafın idarə olunması, liderlik potensialı, institusional inkişaf, münaqişələrin idarə olunması, inkişaf proqramlarına yanaşma, strateji planlaşdırma mövzusunda milli və beynəlxalq QHT-nın və BMT-nın yüksək səviyyəli menecerlərinə təlim keçmişdir.