R

Bahar Xanlar qızı Rzayeva 1999-cu il 13 Yanvar tarixində Bakı şəhərində anadan olub. 2005-2016-cı illər arasında Bakı şəhərində Nəsimi rayon Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbində orta təhsil  alıb.2017-ci ildən etibarən Kooperasiya Universitetində ali təhsil alır. Təhsil aldığım universitetin Aku Art adlı klubunun rəqs bölümündə sədr-müavini vəzifəsini icra edib.

2019-cu ildə milli rəqs üzrə fəal iştirak etdiyimə görə Azərbaycan Respublika Gənclər və Idman Nazirliyi tərəfindən diplom və bürünc medalla təltif olub

2020-ci ildə Könüllü fəaliyyətinə başlayıb.İlk fəaliyyəti "İnsan mühəndisliyi-gələcək üçün məsulliyətli vətəndaş olmaq” adlı təlimdə olmuşdur.

2020-ci ildə Nirvana Academy-də könüllü fəaliyyətə başlayıb "İstədiyin insan olmaq üçün heç vaxt gec deyil","Great tips for learning English quickly easily-1,"Kariyerada EQ ve ya IQ vebinarlarda iştirak etmişdir.

2020-ci ildə 14 may tarixində “Qafqazın Sənət Məbədi-Şuşamız” adlı vebinarda iştirak etmişdir.

2020-ci ildə İrəli Addımla Klubunun Gənclərin Maarifləndirilməsi Departamentinin Sədri vəzifəsin icra edib. Hal-hazırda “Fayda Biz” Layihəsinin və Beynəlxalq Könüllülər qrupunun koordinatoru vəzifəsini icra edir.