R

Kamil Təhmasib oğlu Hüseynli 2001-ci il 1 noyabr tarixində Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. Orta təhsilinə 2007 ci ildə Sumqayıt şəhəri 16 nömrəli məktəbdə başlamışdır. 2013 ci ildən Sumqayıt Təbiət Elmləri təmayüllü Gimnaziyaya daxil olmuş və təhsilini 2018 ci ildə başa vurmuşdur.  2018 ci ildə 612 balla Azərbaycan Diplomatik Akademiyasına (ADA) daxil olmuşdur və Beynəlxalq Münasibətlər fakultəsində ikinci kursda (2) təhsilini davam etdirir. Ali təhsil aldığı müddətdə ADA Şahmat Klubunun sədri vəzifəsinə seçilmişdir və fəaliyyətini bu istiqamətdə davam etdirir. Bundan əlavə, ADA Drama Klubunda sədr müavini vəzifəsində fəaliyyət göstərir. Universitetdə olduğu iki il ərzində Könüllülük fəaliyyətinə başlamış və Universitet daxili bir sıra tədbirlərdə aktiv və yaxından iştirak etmiş, Azərbaycan Diplomatiyasının 100 illiyi münasibətilə keçirilmiş tədbirdə yaxından iştirak etmiş və 2020 ci ildə Universitet rəhbərliyi tərəfindən aktiv fəaliyyətinə görə Gümüş medalla təltif olunmuşdur.

2018 ci ildən BİR Könüllü Təşkilatının könüllüsü olmuş və bir sıra tədbirlərdə iştirak etmişdir.

2018 ci ildə Beynəlxalq Badminton Federasiyasının təşkilatçılığı ilə keçirilən Badminton Müsabiqəsində könüllü olaraq fəaliyyət göstərmişdir.

2019 cu ildə Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Oyunlarında könüllü kimi xidmət göstərib.

2019 cu ildə Alman-Azərbaycan Xarici Ticarət Palatasının iştirakçılığı ilə keçirilmiş Kənd Təsərrüfatı üzrə kooperasiya məsələləri haqqında təşkil edilmiş platformada iştirak etmişdir.

2020 ci ildə UEFA tərəfindən könüllü olaraq vəzifəyə seçilmişdir.

2020 ci ildə Formula 1 Azərbaycan Qranprisi üçün könüllü olaraq vəzifəyə seçilmişdir.

2020 ci ildə Binəqədi Gənclər Evinin nəzdində fəaliyyət göstərən “BMT Modeli” proyektində Xarici Əlaqələr Şöbəsi üzrə Sədr olaraq seçilmişdir.