R
Selenay Elşən qızı Rüstəmova 2001-ci il 5 sentyabr tarixində Balakən rayonunun Mahamalar kəndində anadan olub.Orta təhsilini 2007-ci ildə Balakən rayonu N.Nərimanov adına Mahamalar kənd tam orta məktəbində başlamışdır.Selenay məktəbdə oxuduğu müddətdə tədbirlərdə və ictimai işlərdə fəallığı ilə seçilirdi.Oxuduğu məktəbin 5 il aparıcısı olmuşdur.Bir çox şeir müsabiqələrində iştirak etmiş diplomlara, fəxri fərmanlara və   1-ci yerə layiq görülmüşdür.Məktəbdə oxuduğu müddətdə 2011-ci ildə Bülbül Adına Uşaq İncəsənət məktəbinə daxil olmuşdur.İncəsənət məktəbində Fortopiyano üzrə təhsil almışdır və eyni zamanda musiqi ifa etmə bacarığı olduğu üçün incəsənət məktəbini bitirənə qədər xor kollektivində də iştirak etmişdir.Bir çox xor musiqi festivallarında iştirak etmişdir.2017-ci ildə İncəsənət məktəbini bitirmişdir.2018-ci ildə isə Orta məktəbini bitirmişdir.
 
2019-cu ildə Bakı Biznes Və Kooperasiya Kollecinin ( BBKK ) “Sığorta İşi” ixtisasına qəbul olub.Hal-hazırdada həmin kollecin 2-ci kurs tələbəsidir.
Təhsil aldığı kollecdə Tələbə Gənclər Təşkilatının ( TGT ) üzvüdür.
Azərbaycan Gənclik Platformasının fəal iştirakçısıdır
 
“Bir” Tələbə-Könüllü proqramında könüllü kimi fəaliyyət göstərir
 
Gəncsən? Başla portalının koordinatorudur
 
İctimai Nəzarət Koalisiyası ( İNK ) koordinatorudur
 
Öyrən və Kəşf et layihəsinin koordinatorudur
 
2019-cu ildə Kollecdə təhsil aldığı müddətdə iştirak etmişdir:  16 oktyabr tarixində “Yarat” incəsənət məkanı ARTIM FLUX çərçivəsin “Periferik genişlənmə” adlı sərgidə, 4 noyabr tarixində Hilton-Bakıda keçirilən “Bir ayağın xaricdə olsun” adlı xarici təhsil sərgisində, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfində Qaçqın və məcburi köçkün gənclərin V yaradıcılıq festival müsabiqəsində, 6 dekabr tarixində Bakı Ekspo Mərkəzində texnologiya sərgisində, 28 dekabr tarixində ATGTİ- nın 10 illiyi münasibətilə partidə.
 
2020-ci ildə Kollecdə təhsil aldığı müddətdə iştirak etmişdir: 11 yanvar tarixində Azərbaycan Gənclik Platforması’nın “Beynəlxalq Avrasiya Mətbuat Fondunun” birgə təşkilatçılığı ilə “Beynəlxalq aləmin Qarabağ hadisələrinə münasibəti” mövzusunda maarifləndirici konfransda iştirak etmişdir və sertifikatla təltif olunmuşdur, 
17 yanvar tarixində Faiq Məmmədovun təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində 2020-ci ilin “Könüllülər ili” elan etməsi ilə bağlı tələbə gənclər təşkilatları ilə görüşdə, 22 yanvar tarixində “Bir” Tələbə-Könüllü proqramını təmsil edərək  AzTv-nin efirində yayımlanan “Təhsil Üçbucağı” verlişində, 24 yanvar tarixində “Baku coffee & tea festival ‘ ın açılış mərasimində, 31 yanvar Odlar Yurdu Universitetində keçirilən “Gənclər Günü” konsertində, 6 fevral tarixində AzTv kanalında yayımlanan “Görüş Yeri” verlişində, 11 fevral tarixində AzTU idman kompleksində keçirilən “Sabahın alimləri” lX Respublika Müsabiqəsində, 14 fevral tarixində Nərimanov Rayon İcra Hakimiyyətində “Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində keçirilən esse müsabiqəsinin mükafatlandırma mərsimində, 15 - 16 fevral Binəqədi Gənclər Evində “Gənclər Fondu” nun XIII qrant müsabiqəsinin qalibi olan “Tariximiz Milli Sərvətimizdir” adlı layihədə iştirak etdib və sertifikatla təltif olunmuşdur, 28 fevral tarixində Akademik Milli Dram Teatrında Azərbaycan KVN TV Liqası 1/4 final mərhələsi baş tutmuşdur və həmin Final mərhələsində “Bir” Tələbə-Könüllü proqramını təmsil edərək Bir Show KVN komandası ilə birlikdə 1/4 final mərhələsində 1-ci olmuşdur.
Daha sonra isə iştirak etdiyi tədbirlərə onlayn formada qatılmış və sertifikatlar, diplomlar, fəxri fərmanlarla təltif olunmuşdur.