R

Lalə  Tahir qızı Yolçiyeva 28 oktyabr 2000-ci il tarixində Gürcüstanın Bolnisi şəhərində anadan olmuşdur. 2006 -ci ildə Bakı şəhəri Suraxanı rayonu R.Abidov adına 85  saylı tam orta məktəbinə daxil olub və 2017- ci ildə uğurla orta təhsilini bitirmişdir. 2017-ci ildə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin  "Kimya və Biologiya fakültəsinin" Biologiya müəllimliyi ixtisasına daxil olmuşdur. Hazırda IV kurs tələbəsidir. Könüllülük fəaliyyətinə Sabunçu Gənclər Evində başlamışdır.

Daha sonra, Tələbə Gənclər Təşkilatında menecer olaraq fəaliyyət göstərməyə başlamışdır. Eyni zamanda  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Yeni Azərbaycan Partiyası  (YAP) Gənclər Birliyinin həm üzvü, həm də könüllüsü kimi fəaliyyət göstərir.

2020-ci ildə “Bir Könüllü“ təşkilatında könüllü fəaliyyət göstərmişdir. “AİESEC” təşkilatının üzvüdür. Bakı Gənclər Mərkəzinin könüllüsüdür. “NAYORA” təşkilatının könüllüsü kimi fəaliyyətini davam etdirir.

 Həmçinin  Yeni Azərbaycan Partiyasında (YAP) Kimya və Biologiya fakültəsi üzrə menecer olaraq fəaliyyət göstərir. 2020-ci ildə  Azərbaycan Dövlət Pedaqoji Universiteti Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Kimya və Biologiya fakültəsinin təşkilatçılığı  ilə keçirilən  "Qarabağlı İntellekt" adlı oyunda birinci yerə layiq görülərək  Diplomla mükafatlandırılmışdır.