R

 12 iyul, 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Bakı şəhəri 143 №-li tam orta məktəbə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Elə həmin il də Azərbaycan Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olmuşdur. 2016-cı ildə kollecin "İnstrumental ifaçılıq" fakültəsinin "Fortepiano ifaçılığı" ixtisasından məzun olmuşdur. 2017-ci ildən Bakı Slavyan Universitetində "Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Jurnalistika" fakültəsinin "Regionşünaslıq (Çexiya üzrə)" ixtisasında təhsilini davam etdirir. 10.02.2020-30.06.2020 tarixlərində Çexiya Respublikasında Karl Universitetində "Çex dili və Ədəbiyyatı" ixtisası üzrə "Fəlsəfə" fakültəsində təhsil almışdır. Universitet daxilində İntellektual Oyunlar Klubu, Debat Klubu və Tələbə Xeyriyyə Fondu kimi təşkilatlarda iştirak etmişdir. Həmçinin 2019-cu ildə Bakı Avropa Gənclər Olimpiya Festivalında könüllü iştirak etmişdir.