R

1998-ci ildə Yardımlı rayonu Hamarkənd kəndində anadan olmuşdur. 2 yaşından ailəsi ilə birgə Sumqayıt şəhərinə köçmüşdür. Birinci sinfi Sumqayıt şəhər 30 saylı Ş. İ. Xətai adına məktəbdə oxumuşdur, sonradan ailəsilə birgə Bakıya köçmüşdür və 2006-2016- cı illərdə Bakı şəhəri 23 saylı Kəlbəcər adına tam orta məktəbdə oxumuşdur. 2018- ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olub və hal-hazırda 4-cü kursda oxuyur.
İctimai işlərdə fəal iştirak edib, Tələbə Həmkarlar İttifaqı Komitəsinin Biologiya fakültəsi üzrə sədr müavinidi və 44 günlük Vətən müharibəsinə həsr edilmiş "Qarabağ Azərbaycandır" layihəsinin müəllifidir və layihənin uğurla başa çatmasından sonra  rəhbərlik tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. 
Yeni Azərbaycan Partiyasının üzvüdür, Qeyd İctimai Birliyinin, İrəli İctimai Birliyinin, Gənc Könüllülər Hərəkatının, Sabunçu Gənclər Evinin üzvüdür, Bakı Dövlət Universitetinin könüllüsüdür, Bir Tələbə Könüllü Proqramının üzvüdür. Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin Bakı Dövlət Universiteti üzrə sədr müavinidir, bir çox tədbirlərin təşkil edilməsində yaxından iştirak etmiş və sertifikatlarla, təşəkkürnamələrlə təltif olunmuşdur.