R

Layihənin gedişatı dövründə keçirilən tədbirlərin nəticəsində, BAMF və yerli MQ-ı layihənin gələcəkdə də həyata keçirilməsi və daha geniş miqyas alması üçün istifadə olunan sənəd paketini hazırlamışlar.
Həyata keçirilmiş layihənin əldə etdiyi uğurları və layihənin vacibliyini nəzərə alaraq BAMF həmin layihəni daha geniş ərazidə, ölkənin 14 rayonunu Göygöl, Naftalan, Gəncə, Mingəçevir, Fizuli, Xocavənd, Ağdaş, Ucar, Laçın, Zərdab, İmişli, Saatlı, Kürdəmir və Şirvan rayonlarını əlavə edərək reallaşdırmağı qərara almışdır. Bu rayonların seçilməsinin əsas səbəbi BAMF-nun və UNİCEF-in əvvəlki AYAP layihəsindən əldə etdiyi təcrübələrdir. Bir il ərzində BAMF-nun heyəti regionda yaxşı əlaqələr qurmuşdur. BAMF regionların vəziyyətindən və gənclərin üzləşdiyi problemlərdən tam xəbərdardır. Bundan başqa adları qeyd olunmuş rayonlar coğrafi cəhətdən qonşuluqda yerləşir və marşrut planlamasında heç bir problemin olmamasını təmin edir. BAMF-nun Tərtər rayonunda zəruri avadanlıqlarla təchiz olunmuş regional peşə təlim mərkəzi var. Tərtərin coğrafi cəhətdən yuxarıda qeyd olunmuş 14 rayonun mərkəzində yerləşdiyini nəzərə alaraq layihənin Tərtərdən idarə olunması planlaşdırılır və regional ofis kimi fəaliyyət göstərməsi təmin olunacaqdır. Layihənin həyata keçirilməsinin başlanğıc tarixi 20 dekabr 2013-cü il son tarix isə 20 dekabr 2014-cü il nəzərdə tutulmuşdur.

Gənclərin öz yeni bacarıqlarını inkişaf etdirmək, tibbi və reproduktiv sağlamlıqla bağlı öz biliklərini genişləndirmək, sosial fəaliyyət vasitəsilə biri-biriləri arasındakı münasibətləri yaxşılaşdırmaq üçün məhdud imkanları vardır. Baxmayaraq ki, UNİCEF bu sahədə bir sıra layihələr reallaşdırıb, bu məsələlərlə bağlı problemlər hələ də görünür. Regiondakı gənclər, regionda aktiv və passiv medianın çatışmazlığı səbəbindən regiondakı KİV-nə çox məhdud şəkildə cəlb olunurlar. İnternetə çıxış yaxşı səviyyədə deyil və 14 rayondan cəmi 3-nün yerli televiziya kanalı və radiostansiyası var (Kəpəz TV, Alternativ TV Gəncədə, Mingəçevir TV Mingəçevirdə, EL TV Yevlaxda). Və buna görə də, gənclərin sosial fəallığı paytaxt və ətrafla müqayisədə daha aşağı səviyyədədir.

Region Dağlıq-Qarabağ münaqişəsinin alovlandığı yerə çox yaxındır. Hal-hazırda münaqişə dondurulub, lakin müharibənin yenidən başlaması qorxusu hələ də hər bir yeniyetmənin yaddaşındadır. Onlar bu qorxunun təsiri altında yaşayırlar. Hətta onlar gənclərin problemləri ilə bağlı hər hansı bir iş görməyə heç maraqlı da deyillər. Lakin bu layihə regional gəncləri bu qorxudan uzaqlaşdırıb onlara öz problemlərini müzakirə etmək və həlli yollarını tapmaq üçün əlverişli şərait yaradacaq.

Qeyd etdiyimiz kimi, Azərbaycanda gənclər cəmiyyətdə və ailələrində bəzi vacib qərarların qəbul olunması prosesində bir çox problemlərlə üzləşirlər bir çox hallarda vacib qərarlar cəmiyyətdə yaşlı insanlar tərəfindən verilir, məhz buna görə də gənclər düşünür ki, onların fikirləri digərləri üçün vacib deyil. Digər bir problem əsasən kifayət qədər məlumatlılığın olmaması səbəbindən narkomaniya, riskli cinsi əlaqə kimi neqativ fəaliyyət növləridir. Tibbi xidmət departamenti xəbərdarlıq edir ki, SPİD-ə qarşı informasiya kompaniyalarını artırmağa ehtiyyac var, belə ki, 15-24 yaş arası gənclərin yalnız 5%-i SPİD-in qarşısını almağın yollarını bilir. SPİD haqda, onun yoluxma yolları, müalicə olunmaq üçün gediləcək yerlər haqda məlumatlılıq yüksək səviyyədədir, lakin insnalar SPİD-dən qorunmağın yolları haqda çox az məlumatlıdırlar, bu səbəbdən də, bu sahədə tədbirlərin keçirilməsinə təcili ehtiyac var.

Layihənin məqsədləri:
Layihənin əsas məqsədi regionda gedən proseslərə, mühüm qərarların qəbul olunması prosesinə yeniyetmə və gənclərin cəlb olunmasıdır. Əsas səbəb onların gələcək inkişafına və cəmiyyətdəki iştiraklarına təsir etməkdir.

Aşağıda qeyd olunan məqsədlər bu məqsədə nail olmağa kömək edəcək:
Milli müzakirələrə qoşulmaq üçün rayon kəndlərində olan gənclərə bilik və bacarıqlar aşılamaq;
Gəncləri regionlardakı Gənc gəncdən öyrənir təlimlərinə cəlb etməklə onları həmin regionların gələcək liderləri kimi hazırlamaq;
Bütün səviyyələrdə - yerli, regional və ölkə - ümumşəhər toplantıları vasitəsilə müzakirə müddəalarına təşəbbüs göstərmək;
Rayon kəndlərində gənclərin xüsusi problemlərinə müraciət etmək üçün platforma kimi yüksək səviyyəli toplantılar və şəhər səviyyəli toplantıların təşkil edilməsi;
Gəncləri müdafiəçilər kimi yetişdirmək, həmçinin gənclərin ümumi inkişafı üzrə platformanı yaratmaq;
Köhnə və yeni media haqqında materialların internet səhifədə yerləşdirilməsi, redaksiya işçilərinin fikirləri əsasında məsləhətləşmələr və fəaliyyətlər həyata keçirtmək;
Gəncləri ictimai həyatda fəal olmağa həvəsləndirmək, layihə iştirakçılarının liderlik qabiliyyətlərinin formalaşmasına şərait yaratmaq;
Gənclərə sağlam həyat tərzini təbliğ etmək, bu barədə maarifləndirici fəaliyyətlər nəticəsində onları zərərli vərdişlərdən çəkindirmək;
Beynəlxalq səviyyədə ən yaxşı təcrübələri və bilikləri paylaşmaqla həm gələcək layihələr üçün, eləcə də, digər ölkələr üçün gənclərin inkişafına dair nümunə modeli yaratmaq;

Strategiya:
Bu layihənin proqramında əsasən aşağıdakı məsələlərə müraciət ediləcək:
Liderlik və özünü ifadə etmə bacarığı
Uşaq və gənclərin hüquqları
Komunikasiya və yeni medya
Ekoloji problemlər və təhlükəsizlik
Narkomaniya
Erkən Evlilik
Sağlam həyat tərzi
İqtisadi və sosial proseslərə yüksək cəlb olunma
Əlillərin cəmiyyətə inteqrasiyası

Gənclərlə göstərilən 14 regionda iş görüləcək; əvvəlcədən müəyyən edilmiş bütün gənclərlə dayaq qrupunun müzakirələri aparılacaq. Bu toplantılarda müşahidələr vasitəsilə bacarıq və potensial nümayiş etdirənlər seçiləcək və hər bir rayon üzrə tərkib hissəsi 20 gəncdən ibarət MQ-lər (Müdafiə Qrupları) yaradılacaq. MQ-lərə seçim üçün yaş həddi 15-24 yaş arasındadır.Təlimlər vasitəsilə MQ ən ucqar rayonların belə problemlərini və gənclərin inkişafının bütün aspektlərini əhatə edə biləcək dayaq nöqtəsinə çevriləcəkdir.

2012-2013 cü illəri əhatə edən və bu layihə üçün baza rolunu oynayan Azərbaycan Gəncləri Müdafiə Proqramı (AGMP) TQ iştirakçılarının layihəyə təlimçi qismində cəlb olunması və onların gənclərin maarifləndirilməsi prosesində yaxından iştirak etmələri nəzərdə tutulmuşdur.

BAMF-ın İnformasiya Departamenti