R

Layihənin həyata keçirildiyi tarix: 12 sntyabr 2002-ci ildən Amerikanın Tədqiqat Əməliyyat Mərkəzi (TƏM) ilə bağlanan müqavilə və TƏM-ANAMA-BAMF arasında bağlanmış üçtərəfli memoranduma əsasən layihə 2003-cü ilin may ayında başa çatdırılmışdı.

Tərəfdaş-- Amerikanın Tədqiqat Əməliyyat Mərkəzi, Ərazilərin Minalardan Təmizlənməsi üzə Azərbaycan Milli Agentliyi (ANAMA).

Donor-- Avropa Komissiyası.

Layihənin həyata keçirildiyi əhatə dairəsi-- Proqram Azərbaycanın erməni işğalından azad olunan və müharibədən zərər çəkən 11 rayonunun ərazisi və habelə sovet qoşunları vaxtı əraziləri hərbi sursatlarla çirklənməyə məruz qalan 2 şəhər və 5 rayonun yaşayış məntəqələrində həyata keçirilmişdir.

Layihənin məqsədi-- Azərbaycanın minalarla və partlamamış hərbi sursatlarla çirklənən təhlükəli ərazilərini aşkara çıxarmaq və minaların sosial-iqtisadi təsirini müəyyənləşdirmək.

Əldə edilən nəticə: Minaların təsirini aşkara çıxarmaq üçün 2 şəhərdə və 16 rayonda 1164 icmaya səfər olunmuşdur. Tədqiqat zamanı əraziləri 13 yüksək, 124 orta və 507 zəif təsir dərəcəsinə malik olan icmalar aşkara çıxarılmışdır. Ümumilikdə 1115 mina qurbanı müəyyən edilmişdir ki, onlardan da 53 nəfəri son iki ilin qurbanlarıdır.
Layihə başa çatdıqdan sora görülən işlər monitorinq olunmuş və Azərbaycanda Minaların Mənfi Təsinin Tədqiqatı proqramının həyata keçirilməsinin nəticəsi yüksək qiymətləndirilmişdir.