Layihənin həyata keçirildiyi tarix: 01 may-31 dekabr 2009-cu il.

Donor: Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurası.

Layihənin həyata keçirildiyi əhatə dairəsi: Bakı şəhəri və respublikanın rayonları.

Layihənin məqsədi: Maliyyə yardımı almış təşkilatların layihə icrası ilə bağlı fəaliyyətinin monitorinqi zamanı müşahidə edilən qüsurların aradan qaldırılması ilə bağlı təşkilatlara tövsiyələr verilməsindən və bu tövsiyələrə əməl olunmasına nəzarət edilməsindən, ayrılan maliyyə yardımından qarşıda duran vəzifələrin icrası üçün məqsədyönlü istifadə olunması vəziyyətinin diqqət mərkəzində saxlanmasından və monitorinq zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması yollarını əks etdirən təkliflərin ümumiləşdirilib donora təqdim olunmasından ibarətdir.

Əldə olunan nəticə: Monitorinqlər göstərib ki, QHT-lər cəmiyyətin müxtəlif sahələrində mövcud olan problemlərin öyrənilməsində və aradan qaldırılmasında, bir sıra sahələrdə hüquqi yardımların göstərilməsində və maarifləndirmə işlərinin sürətləndirilməsində, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında vətəndaş cəmiyyətlərinin rolunun artmasında, dövlət-QHT münasibətlərinin yaxşılaşdırılmasında müstəsna rol oynayırlar.