R

İspaniya Krallığının Müvəqqəti işlər vəkili cənab İqnasiyo Sançez Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub.

Səfər çərçivəsində  BAMF prezidenti Umud Mirzəyev və  İqnasiyo Sançez bir sıra məsələlərə dair müzakirələr aparıblar.

Umud Mirzəyev Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinə dair qonağa məlumat verib və münaqişənin həlli üçün sülh perspektivlərindən danışıb.

Daha sonra  o, BAMF-ın vətəndaş cəmiyyətindəki rolu, həyata keçirilən proqram və layihələrə dair müvəqqəti işlər vəkilini məlumatlandırıb.

İ. Sançez Azərbaycanın boyuk sosial-iqtisadi və insan potensialına malik olduğunu ifadə edib və bu görüşün Azərbaycanı tanımaq baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

O, regionda sülhün bərqərar olması üçün qarşılıqlı dialoqun vacibliyini bildirib.