R

5 May 2018-ci ildə Azərbaycanı "P2P Challenge"də 50 fərqli ölkədə təmsil edən THE SAME komandası Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyilə  “İrqçilik və İqtisadi inkişaf” mövzusunda seminar keçirib. Seminarda Azərbaycanın müxtəlif universitetlərindən olan 20 gənc və istedadlı tələbə iştirak edib.

BAMF-ın prezidenti Umud Mirzəyev iştirakçıları qısa giriş nitqi ilə qarşılayıb. O, seminar üçün seçilmiş mövzunun vacibliyi və gənclərlə iş sahəsində BAMF-ın uzunmüddətli təcrübəsinin əhəmiyyətindən danışıb. Umud Mirzəyev bütün tələbələrə gələcək fəaliyyətində uğurlar arzulayıb və BAMF-ın icmanın inkişafına yönəldilmiş yeni təşəbbüslərə hər zaman dəstək verdiyini söyləyib.

3 saatdan çox davam edən seminar zamanı iştirakçılar 4 qrupa bölünüb. Müzakirə üçün 3 əsas mövzu var idi:

• "Zəif inkişaf etmiş ölkələrdə ayrıseçkiliyin səbəbləri və həlli yoları"

• "İnkişaf etmiş ölkələrdə irqçiliyin səbəbləri"

• "İrqçilik və separatizm probleminin həllinin iqtisadi inkişafa müsbət təsir"

Hər bir komanda ictimai şəkildə müzakirə edilən fikirlər və arqumentlərlə çıxış edib. İştirakçılar həmçinin, bir sıra interaktiv oyunlar oynayıblar. Sonda tələbələrə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, THE SAME komandası "Edventure Partners" (EVP) tərəfindən təşkil edilmiş “P2P: Facebook Global Digital Challenge” müsabiqəsi əsasında yaradılıb.

Komanda problem kimi internetdə nifrət doğuran söhbətlərin əsas səbəblərindən biri olan irqçiliyi seçib. Beləliklə, THE SAME komandası müxtəlif strategiyalardan istifadə edərək irqindən, millətindən, dinindən və mədəniyyətindən asılı olmayaraq insanların hamısının bərabər olduğunu göstərir.

1
 
1
 
1
 
1
 
1
 
1