R

Fevralın 27-də səhər saatlarında BMT-nin İnsan hüquqları üzrə xüsusi məruzəçisi, Cenevrə İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq Mərkəzinin keçmiş icraçı direktoru, diplomat İdris Cezairi qəfil vəfat edib.

İdris Cəzairi, Azərbaycanda fəaliyyət göstərən BMT ECOSOC yanında Əsas məşvərətçi statusa malik beynəlxalq təşkilat olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) tərəfdaşı və yaxşı dostu idi. 1 may 2019-cu ildə Bakıda Cenevrə İnsan Hüquqlarının İnkişafı Mərkəzi və Qlobal Dialoq ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Sənədin imzalanmasında məqsəd dinlərarası əməkdaşlıq, insan hüquqlarının qorunması, sülhün möhkəmləndirilməsi, bu sahələrdə qarşılıqlı yardım, mediada bəyanat və rəylərin yayılması mövzusunda BMT-də birgə rəsmi panellərin keçirilməsi üzərində işləmək idi.

İki təşkilatın nümayəndələri həm Bakıda, həm də Cenevrədə keçirilən bir neçə tədbirdə birlikdə iştirak etdilər. Onlar insan hüquqlarının qorunmasının, münaqişələrin sülh yolu ilə həllinin və sülhün möhkəmləndirilməsinin vacibliyini ictimaiyyətə çatdırmaq istəyirdilər.

İdris Cəzairi, 2014-cü ildə BMT İnsan Haqları Şurasında birtərəfli məcburiyyət tədbirlərinin hüquq və azadlıqlara mənfi təsiri ilə üzrə təyin olunmuş ilk Xüsusi məruzəçi idi.

2016-cı ildən 2019-cu ilə qədər İdris Cazairi Cenevrə İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru vəzifəsini icra edib. Tədqiqat mərkəzi qlobal şimal və qlobal cənub arasında mədəniyyətlərarası, dini və sivilizasiyalararası dialoq vasitəsilə insan hüquqlarının təbliği istiqamətində fəaliyyət göstərir. Cenevrə Mərkəzi dünyada insan haqlarının müdafiəçisidir və Şimal və Cənub tərəfdaşları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edir.

Mərkəz məhz İdris Cəzairinin rəhbərliyi dövründə BMT yanında xüsusi məşvərətçi statusu alıb. İnsan hüquqları üzrə əsasən Cenevrədə, eləcə də Bakıda və Vyanada olmaqla 17 konfrans təşkil edilmişdir.

2019-cu ilin iyun ayına qədər İdris Cazairi qeyd olunan konfransların nəticələrindən çıxış edərək 17 kitabı redaktə edib və tədqiqatları daha da inkişaf etdirib. Mərkəz, eyni zamanda İ.Cəzairinin rəhbərliyi ilə 4 bülleten dərc edib.

2019-cu ilin oktyabrında İdris Cəzairi Cenevrə Mərkəzində tutduğu vəzifəni tərk edərək, Oksford Universitetində / İslam Araşdırmaları Mərkəzində dəvətli elmi işçi təyin edilib. Buna baxmayaraq, o sona qədər beynəlxalq birliyi insan hüquqlarının təşviqində ortaq yanaşmalara yönəltmək üçün insan hüquqları siyasətinin dəyərlərini inkişaf etdirməkdə və qlobal şimal ilə qlobal cənub arasında körpülər yaratmaqda,  öz ideallarını qorumağa davam etmişdir.

Cəzairi İFAD, CARE, ACORD kimi tanınmış beynəlxalq təşkilatlarda yüksək vəzifələr tutmuşdur. İnsan hüquqlarının müdafiəsi sahəsində nüfuzlu şəxslərdən biridir. Beşinci Sivilizasiyalararası Bakı Forumunda əsas moderator və məruzəçilərdən biri idi.

Beynəlxalq Avrasiya Mətbuat Fondu İdris Cəzairinin qəfil ölümündən çox təəssüflənir. BAMF komandası İdris Cəzairinin ailəsinə dərin hüznlə başsağlığı verir və onun gördüyü işlərin davam etdiriləcəyinə ümid bəsləyir. Ruhu şad olsun!