R

24-29 yanvar 2021-ci il tarixlərində BMT-nin Uşaq Fondu (UNİCEF), Avropa İttifaqının maliyyə dəstəyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Proqramı" çərçəvəsində "Tərtər və Goranboy rayonlarında ehtiyacı olan ailələrə COVID-19 pandemiyası ilə bağlı dəstək göstərilməsi" kiçik həcmli layihəsi həyata keçirilmişdir.

Layihə çərçivəsində Tərtər rayonunda 110 aztəminatlı və çoxuşaqlı ailəyə tibbi maska, spirt, gigyenik sabun, salfetlər və məlumatlandırıcı bukletlər paylanılmışdır. Tərtər rayon mərkəzində, Şıxarx qəsəbəsində, Səhləbad, Ələsgərli, Düyərli, Həsənqaya, Qaradağlı, Əskipara, İrəvanlı və Evoğlu kəndlərində məskunlaşan ailələr layihədən faydalanmışdır. AYAP layihəsinin gənclərlə iş üzrə koordinatoru Xudaverdi Quliyev, Tərtər rayonu üzrə regional koordinatoru Kamran Məmmədli və yerli Məşvərət Şurasının üzvləri iştirak etmişdir.

Eyni zaman da  Goranboy rayon mərkəzində məskunlaşan 110 aztəminatlı və çoxuşaqlı ailəyə tibbi maska, spirt, gigyenik sabun, salfetlər və məlumatlandırıcı bukletlər paylanılmışdır. AYAP layihəsinin gənclərlə iş üzrə koordinatoru Xudaverdi Quliyev, Goranboy rayonu üzrə regional koordinatoru Vüsalə Tağızadə, Tərtər rayonu üzrə regional koordinatoru Kamran Məmmədli və yerli Məşvərət Şurasının üzvləri iştirak etmişdir.