R
Sentyabrın 9-u Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Nyu York şəhərində yerləşən Kolumbiya Universitetində keçirilən Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresində iştirak edib.
 
Ednews xəbər verir ki, sentyabrın 8-i başlayan konqres sabah “New York Times”-da baş tutacaq bağlanış mərasimi ilə yekunlaşacaq. 
 
“Jurnalistika demokratiya cəbhəsində” mövzusunda davam edən tədbir dünyanın müxtəlif ölkələrindən aparıcı media qurumlarının nümayəndələrinin, jurnalistlərin, Nobel mükafatı qaliblərinin, tanınmış mətbuat işçilərinin iştirakı ilə keçirilir.
 
BMİ-də Azərbaycan Milli Komitəsinin sədri olan Umud Mirzəyev konqreslə bağlı fikirləri haqqında  Ednews - a danışıb. 
 
“BMİ-nin Dünya Konqresi hər il keçirilən və dünya jurnalistləri tərəfindən böyük maraqla qarşılanan qlobal bir toplantıdır. Burada gündəmə uyğun  media ilə bağlı olan önəmli məsələlər müzakirə olunur və  gələcək fəaliyyət planı hazırlanır.
 
2020-ci ildə qurumun yaranmasının 70 illiyi ilə bağlı konqres Nyu Yorkda keçirilməsi planlaşdırılsa da pandemiya səbəbindən yubiley tədbiri təxirə salındı. 
 
Bir neçə illik fasilədən sonra yenidən dostlarımızla bir araya gəldik. 4 il bu ailədə Azərbaycanı təmsil etdiyim üçün özümü çox şanslı və xoşbəxt sayıram", – deyə U. Mirzəyev bildirib.
 
Qeyd edək ki, Umud Mirzəyev 2012-2016-cı illər ərzində Beynəlxalq Mətbuat İnstitutunun Direktorlar Şurasının üzvü olub.
 
ABŞ səfəri davam edən BAMF prezidenti sentyabrın 13-də BMT-nin 77-ci Baş Assambleyasında da iştirak edəcək.
1
 
1
 
1
 
1
 
1