R

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) jurnalistlərə və media ilə əlaqə saxlayan digər qurumlara kömək məqsədi ilə media-soraqça hazırlayıb. 116 səhifədən ibarət media-soraqçaya 500 dövlət, qeyri-hökumət, beynəlxalq təşkilat, fond və kütləvi informasiya vasitəsi barədə məlumatlar daxil edilib. Soraqçada həmçinin Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, millətimizin yaşadığı faciələr, dövlət tərəfindən rəsmi qeyd edilən bayramlar, əlamətdar milli və beynəlxalq günlər barədə bilgi verilib.
İkinci dəfə nəşr edilən kitabçanın vaxtaşırı zənginləşdirilərək təkrar çap edilməsi nəzərdə tutulub.
Media–soraqça pulsuz yayılır.
Kitabçanı əldə etmək istəyənlər BAMF-la əlaqə saxlasın.

Əlaqə telefonları: 439-76-97; 439-49-15
E-poçt: [email protected]
Veb sayt: www.iepf-ngo.org